Kürdəmir rayonunda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmış silsilə tədbirlər davam edir
Yanvarın 13-də Kürdəmir Peşə Liseyində pedaqoji kollektivin və şagirdlərin iştirakı ilə 20 Yanvar faciəsinin iyirimi beşinci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən Kürdəmir Peşə Liseyinin direktoru Şərbala Səfərov 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşun birləşmələrinin Bakıya hücüm etməsi, milli azadlığı , ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması ,kütləvi terror nəticəsində yüzlərlə günahsiz insanın qətlə yetirilməsi və yaralanması barədə geniş məlumat verərək , 20 Yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşında kədərli bir səhvə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olduğunu , növbəti dəfə-1991-ci ildə Respublikamızın müstəqilliyini elan etməsinə təkan verdiyini və Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra yalnız Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra , 1994-ci ildə Qanlı Yanvar hadisələrinə tam siyasi hüquqi qiymət verildiyini, faciənin günahkarlarının adlarının açıq şəkildə bəyan edildiyini bildirib.
Sonra tədbir iştirakçıları rayonun “20 Yanvar” parkına gələrək 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə təzə tər-çiçək dəstələri düzmüşlər.
Həmin gün rayonun Olimpiya İdman Kompleksində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Kürdəmir Peşə Liseyinin şagirdləri arasında keçirilən idmanın futzal növü üzrə yarışın final oyunu keçirilib.
Qaliblərə məktəb rəhbərliyi tərəfindən kubok və qiymətli hədiyyələr təqdim edilib.