Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram şənliyi təşkil olunub

29 dekabr 2014 | 16:00

Dekabrın 29-da rayonun “Kürdəmir” sarayında Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təntənəli ümumrayon tədbiri keçirilib.
Tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin, veteranların, ağsaqqalların, gənclərin, idmançıların, aztəminatlı ailələrin və ictimaiyyətin digər  nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti  Başçısının   birinci müavini Tacəddin Novruzov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün kürdəmirliləri təbrik etmiş onlara ən xoş arzularını çatdırmışdır. Qeyd etmişdir ki, Dünya  Azərbaycanlılarının həmrəylik günü Ümummilli Lider, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmaqla, 31 dekabr Azərbaycan xalqının, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının həmrəylik tarixdir. 2014-cü il xalqımızın yaddaşında  həm də həyatımızın bütün sahələrində əsaslı dəyişikliklər, dinamik inkişaf, mühüm tarixi günlərlə zəngin bir dövr kimi qalacaqdır. Müstəqilliyimiz daha da möhkəmləndirilmiş, ictimai-siyasi sabitlik davam etmiş, Respublikamızda hüquqi, demokratik, dünyəvi quruculuq prosesi, bazar iqtisadiyyatı prinsipləri uğurla inkişaf etdirilmiş, ordu quruculuğu təkmilləşdirilmiş, sosial-iqtisadi və mədəni həyatımızın bütün sahələrində əsaslı irəliləyişə nail olunmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, yeni iş yerləri yaradılmış, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilmişdir. Respublika əhalisinin, xüsusilə aztəminatlı insanların maddi-rifahının yüksəldilməsinə, əmək haqqı, pensiya və müavinətlərin artırılmasına dövlət siyasətində mühüm yer ayrılmışdır.
  Tacəddin Novruzov bildirmişdir ki, 2014-cü il Kürdəmir rayonun da tarixində çox böyük əhəmiyyətə malik bir il olmuşdur. Son aylarda rayonumuzda geniş tikinti quruculuq işlərinin aparılması, sosial, istehsal xarakterli obyektlərin tikintisinin genişləndirilməsi, respublikanın tanınmış elm və incəsənət xadimlərinin ictimaiyyət nümayəndələri ilə görüşləri də rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanmışdır. Son dövrlərdə yenidən qurulan və tikilib istifadəyə verilən obyektlər, Heydər Əliyev parkındakı yenidənqurma işləri, müasir tipli elektrik dirəkləri, küçələrə və  yollara  vurulan  yeni asfalt  örtüklər və digər  tikinti,  abadlıq işləri insanlarımız tərəfindən razılıqla qarşılanır.
Kürdəmir rayon İcra Hakimiyyəti  Başçısının   birinci müavini əldə olunan uğurlara görə ilk növbədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün kürdəmirlilərin səmimi təşəkkürünü və minnətdarlığını bildirmişdir.
Daha sonra Kürdəmir rayon İcra Başçısı adından 2014-cü ildə əmək fəaliyyətlərində fərqlənmiş bir qrup ziyalılara, qabaqcıl təhsil işçilərinə və idmançılara fəxri fərmanlar təqdim edilmişdir.

Tədbirdə rayonun incəsənət ustalarının çıxışları oldu, bir-birindən rənagarəng nəğmələr səsləndirildi. Yeni ilin simvolu Şaxta baba və Qar qız balacalara yeni il hədiyyəsi payladı. Təşkil olunan bayram konserti iştirakçılarda xoş ovqat yaratdı.

Keçidlər