Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Milli adət ənənələrimiz və müasirlik” mövzusunda tədbir keçirilib

26 dekabr 2014 | 16:00

Dekabrın 26-da rayonun “Gənclər Evi”ndə Kürdəmir rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyilə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən “Milli adət-ənənələrimiz və müasirlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının ictimai-siaysi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Nizami Məmmədov, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əziməyli, Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli , ağsaqqallar və ziyalılar, rayonun dini icmalarının rəhbərləri , dindarlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısının ictimai-siaysi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli Ümumilli Lider Heydər Əliyevin ikinici dəfə hakimiyyətə qayıdışından sonra dini və milli, xüsusilə, Qurban və Novruz bayramlarına rəsmi dövlət statusunun verilməsi, eləcə də dövlət başçısının da şəxsən bu bayramları xalqla birlikdə keçirməsi Azərbaycan dövlətinin milli adət-ənənələrinə sahib durmasının əyani göstəricisidir. Bu gün də dövlətimiz və Prezidentimiz cənab İlham Əliyev tərəfindən Azərbaycanda tolerantlığın, milli və mənəvi dəyərlərin dünyada tanıdılması istiqamətində mühüm işlər həyata keçirilir.
Tədbirdə çıxış edən “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli bildirib ki, qloballaşan dünyada adət-ənənələrin yaşadılması çox vacibdir. Onun sözlərinə görə, milli dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası bu gün bizlərin üzərinə düşür: “Xüsusilə, gənclərin milli adət-ənənlərinə sahib durması söykökünə sayğıdan, diqqətdən başqa, həm də bu məmləkətin varlğını özündə ehtiva edir. Əminəm ki, vaxtilə bizim qoruyub saxladığımız milli adətlər, mənəvi dəyərlər bugünkü gənclərimiz tərəfindən gələcək nəsillərə ötürüləcək”.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional şöbə müdiri Nizami Məmmədov, Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli və rayon ziyalıları çıxış edərək belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Keçidlər