Kürdəmirdə 567 məcburi köçkün ailəsinə yardım edilib
24 dekabr 2014 | 16:00
Dekabrın 24-də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə rayon İcra Hakimiyyətinin və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Kürdəmir rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə görüş keçirilib.
Kürdəmir Peşə Liseyində keçirilən görüşdə rayon İcra Hakimiyyəti Başçısının İctimai-siaysi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli, Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəis müavini Anar Süleymanov, Kürdəmir rayon Məhkəməsinin sədri Sulduz Ləzimov məcburi köçkün ailələrini əlamətdar gün münasibətilə təbrik etmişlər.
Görüşdə 567 məcburi köçkün ailəsinə yardım paylanıb.