Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

12 dekabr 2014 | 16:00

Dekabrın 12-də rayonun “Heydər Əliyev” parkında müasir demokratik Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibətilə ümumrayon anım mərasimi keçirilib.
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Ceyhun Cəfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə , müəssisə, təşkilat rəhbərləri, məktəblilər , veteranlar,  rayonun əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Tədbirdə iştirak edən minlərlə kürdəmirlilər Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzməklə ona olan məhəbbətlərini və ehtiramlarını bir daha nümayiş etdirdilər.
Ulu Öndərin xatirəsini yad etmək üçün gələn hər kəsin dilində bir fikir səslənir-Nə qədər ki, Müstəqil Azərbaycan Dövləti var, Azərbaycan Xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq.
Həmin gün şəhərin “Elşad” sarayında Ümummilli Liderimizin xatirəsinə ehsan verilmişdir.

Keçidlər