“28 may – Müstəqillik Günü” münasibətilə dəyirmi masa keçirilib.
27 may 2023 | 07:38
Mayın 26-da rayonun Heydər Əliyev Mərkəzində “28 may – Müstəqillik Günü” münasibətilə dəyirmi masa keçirilib. Heydər Əliyev adına parkda ucaldılmış Ulu öndərin abidəsinin ziyarəti ilə başlayan tədbirdə rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
“28 may – Müstəqillik Günü”nə həsr olunmuş “Tarixin izi ilə - Azərbaycan Xalq Cümhuriyyəti” sənədli filmi nümayiş edildiyi tədbiri giriş sözü ilə açan icra başçısı Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixindəki yerindən danışıb, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” fikrini də xatırladıb.