Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu

22 noyabr 2014 | 16:00

Noyabrın 21-də rayonun Heydər Əliyev Mərkəzində 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etmişlər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş,abidə önünə gül – çiçək dəstələri düzmüşlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tacəddin Novruzov  22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə bütün ədliyyə işçilərini təbrik etdi. Ulu Öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə hər il noyabr ayının 22-nin ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu diqqətə çatdıran Tacəddin Novruzov qeyd etdi ki, Azərbaycanda həyata keçirilən demokratik islahatlar, o cümlədən hüquqi islahatlar nəticəsində müstəqil məhkəmə hakimiyyəti bərqərar olmuşdur.
Daha sonra tədbirdə iştirak edən qonaqlar çıxış edərək, ədliyyə orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmişlər.
Tədbirin sonunda xidmətdə fərqlənmiş bir qrup ədliyyə orqanlarının əməkdaşları rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanla təltif edilmişlər.

Keçidlər