Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 560 məcburi köçkün ailəsinə yardım edilmişdir

17 noyabr 2014 | 16:00


Noyabrın 17-də  9 noyabr – Dövlət bayrağı günü, 12 noyabr - Konstitusiya günü və 17 noyabr – Milli Dirçəliş günü ərəfəsində rayon İcra Hakimiyyətinin və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə  Kürdəmir rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə görüş keçirilmişdir.
Kürdəmir Peşə Liseyində keçirilən görüşdə rayon İcra Hakimiyyəti Başçısının İctimai-siaysi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin aparıcı məsləhətçisi Həsən Əlizadə, Kürdəmir rayon Məhkəməsinin sədri Sulduz Ləzimov məcburi köçkün ailələrini əlamətdar gün münasibətilə təbrik etmişlər.
Görüşdə 560 ailəyə ərzaq yardımı edilmişdir.

Keçidlər