Kürdəmirdə “Milli Dirçəlişin Banisi-Heydər Əliyev” mövzusunda konfrans və “İlin Rayonu” mükafatının təqdimatı keçirilmişdir
Noyabrın 15-də rayonun Gənclər evində Rayon İcra Hakimiyyətinin və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təşkilatçılığı ilə “Milli Dirçəlişin Banisi – Heydər Əliyev” mövzusunda konfrans və “İlin Rayonu” mükafatının təqdimat mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş,abidə önünə gül – çiçək dəstələri düzmüşlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli açaraq bildirmişdir ki, 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet Dövlətinin Xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi.
Konfransda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək Ulu Öndər Heydər Əliyevinin fəaliyyəti haqqında geniş tarixi arayış verdi: “Əslində Azərbaycanda Dirçəliş Hərəkatı 80-ci illərdən deyil, Heydər Əliyevin Azərbaycana birinci hakimiyyəti dönəmində başlamışdır. Məhz Ulu Öndərin apardığı məqsədyönlü, uzaqgörən siyasəti nəticəsində, bütün çətinliklərə baxmayaraq Azərbaycan hərbi institut formalaşdı, yüzlərlə gənc xaricdə təhsil aldı. Əsl dirçəliş bax budur. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra isə böhran, anarxiya içərisində boğulan dövlətimiz yenidən dirçəldi. Onun gəlisi Böyük Qurtuluşdur. Bütün sahələrdə tez bir zamanda islahatlar aparıldı. Bu gün də Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla davam etdirilir. Azərbaycanın bütün bölgələridə, o cümlədən, Kürdəmirdə çox böyük infrastruktur, tikinti-quruculuq işləri gedir”.
Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin təsisçisi və sədri Səbuhi Abbasov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını Azərbaycan gəncliyinin həyatında yeni bir səhifə açdığını dedi: “Bu qayıdış Azərbaycan xalqını xaosdan xilas etdi. Ulu Öndərin həyata keçirdiyi islahatlardan ən vacibi gənclər proqramın hazırlanması və tətbiqi oldu. Bu gəncliyimizin gələcəyinin xilası idi. Gənclər gününün təsis edilməsi, Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər forumunun keçirilməsi bütövlükcə sağlam gələcəyin təminatı idi. Bu siyasətin ən strateji nöqtəsi QHT-lərlə bağlı qəbul olunan qanunlardır. Bu gün də Cənab Prezident bu siyasəti uğurla davam etdirməkdədir. Gənclər Fondunun yaradılması, QHT-lərə dövlət dəstəyi Şurasının yaradılması, 2007-ci ilin Gənclər İli elan edilməsi və bu kimi digər tədbirlər bilavasitə sağlam gəncliyin formalaşmasına xidmət edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə tək Azərbaycanda deyil, bütün dünya miqyasını əhatə edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti isə nümunəvi diaspor fəaliyyətidir.”Sorğu haqqında geniş məlumat verən S.Abbasov Kürdəmirin “İLİN RAYONU” seçilməsi münasibəti ilə təbrik etd: “Bu sorğunun keçirilməsində əsas məqsəd Qeyri Hökümət təşkilatları ilə Hökümət təşkilatları arasında münasibətlərin daha da yaxşılaşdırılmasından ibarətdir. Fürsətdən istifadə edib Rayon İcra Hakimiyyətinin Başçısını və rayon ictimaiyyətini təşkilatımız adından təbrik edirik. Kürdəmir rayonun QHT-lərə, bütövlükdə Vətəndaş Cəmiyyətinə münasibəti olduqca təqdirəlayiqdir”.
Daha sonra rayon fəal gəncləri Elnur Məmmədli, Xəyalə Veyisova, Məhəmməd Heydərli çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən, əsasını qoyduğu siyasi kursdan və bu kursun Cəna Prezident İlham Əliyev tərəfindən uğurla icra olunmasından danışdılar.
Sonda Kürdəmir gəncləri Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərəfindən Sertikifatla təltif olundular.