Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Məişət zorakılığına son qoyaq” mövzusunda tədbir keçirilmişdir

24 oktyabr 2014 | 15:00

Oktyabrın 23 və 24-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir rayon İcra Hakimiyyəti  Ümüdli Gələcək Gənclər Təşkilatı ilə birlikdə “Məişət zorakılığına son qoyaq” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, Ümidli Gələcək Gənclər Təşkilatının “Sosial Təhlükə Vəziyyətdə olan Zorakılığa, Məruz Qalmış və Cinayətin Qurbanı olan Uşaqların Reabilitasiya Mərkəzi”nin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri çıxış sözüylə Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli açaraq bildirmişdir ki, dünyanın hər ölkəsində olduğu kimi Azərbaycanda da zorakılığın bütün növü var. Buna daha çox uşaqlar və əlillər məruz qalır. Bunun qarşısının almaq üçün dövlət komitələri ilə yanaşı bir neçə QHT-lər də fəaliyyət göstərir. Bunlardan biri Ümidlə Gələcək Gənclər Təşkilatının “Sosial Təhlükə Vəziyyətdə olan Zorakılığa ,Məruz Qalmış və Cinayətin Qurbanı olan Uşaqların Reabilitasiya Mərkəzidir”.
Dəyirmi masada “Məişət zorakılığı anlayışı” və “Zorakılığın fəsadları” mövzusunda Mərkəzin pisxoloqu Şəbnəm Soltanlı,”Qanunvericilikdə məişət zorakılığı məsələlərinin əksi” mövzusunda sosial işçi Məhəmməd Bayramov, Ümüdli Gələcək Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Asumova və və başqaları çıxış etmişlər.

Keçidlər