Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Avropa Oyunları hər kəs üçün” adlı rayon məktəbləri turu keçirilmişdir

24 oktyabr 2014 | 15:00

Oktyabrın 24-də Kürdəmir Olimpiya İdman Kompleksində Bakı 2015 Avropa Oyunları bu gün Azərbaycan məktəbləri arasında "Avropa Oyunları hər kəs üçün" adlı ümummilli turu keçirilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd məktəb şagirdlərini gələn ilin yayında Bakıda keçiriləcək İlk Avropa Oyunları haqqında məlumatlandırmaq və maarifləndirməkdir.
Tədbirdə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) bir qrup işçisindən ibarət voleybol komandası ilə  yerli voleybol komandası arasında voleybol yarışması keçirilmişdir.
Sonda tədbir iştirakçılarına Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfindən Bakı 2015 Avropa Oyunlarını özündə əks etdirən hədiyyələr verilmişdir.

Keçidlər