Kürdəmir rayonunda Heydər Əliyev Mərkəzi yeni lahiyəyə əsasən rekonstruksiya edilməklə inşa edilir.
23 oktyabr 2012 | 15:00
Mərkəzdə İnternet Kitabxana vasitəsilə dünya kitabxana sisteminə qoşulmaq mümkün olacaq. Əhalinin asudə vaxtlarını səmərəli təşkil etmək üçün 3 D formatlı kinozal , vitual sinif, internet kafe otaqları olacaqdır. Bundan başqa kompyuter kursları, fotostudiya , xarici dil kursları , heykəltəraşlıq , xalçaçılıq , milli rəqs və digər tətbiqi incəsənət növləri üzrə dərnəklər fəaliyət göstrəcəkdir. Həmçinin 258 nəfərlik böyük , 50 nəfərlik kiçik konfrans zalları olacaqdır. Mərkəzin istifadəyə verilməsi 2013-cü ildə nəzərdə tutulur.