Kürdəmir rayonunda VI qrant müsabiqəsinin təqdimatı keçirildi
Oktyabrın 9-da rayonunun “Gənclər Evi”ndə Kürdəmir rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaşı 14-29 arası olan fiziki şəxslər üçün elan edilmiş qrant müsabiqəsinin şərtləri haqqında təqdimat keçirmişlər.
Mərasimdə Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, rayon İdman və Gənclər idarəsinin rəisi Zaur Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Ramin Cəfərov və rayon gəncləri iştirak etmişlər.
Mərasimi giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli tədbir haqqında qısa məlumat verdikdən sonra Fondun əməkdaşı Ramin Cəfərov müsabiqənin şərtləri haqqında geniş məlumat verdi. Qeyd olundu ki, Fond tərəfindən qrant müsabiqəsi elan olunandan sonra belə təqdimat Aran zonasından ilk olaraq Kürdəmir rayonunda təşkil olunmuşdur .
Sonda iştirakçıların sualları cavablandırıldı.