Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nigah mərasimlərinin keçirilməsi ənənə halı almışdır

28 sentyabr 2014 | 15:00

Sentyabrın 27-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir rayonunun Mürtülü kənd sakini Omarov Rəşad Ata oğlu və Kürdəmir şəhər sakini Şirinli  Günel Zülfüqar qızının nigah mərasimi keçirilmişdir.
Nigah mərasimdən öncə ailə quran gənclər Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Təntənəli mərasimdə cütlük nikah masasına dəvət olunub, onlar arasında nikah müqaviləsi bağlanmışdır. Ailə quranların qohumlarının və rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə nikah şəhadətnaməsi gənclərə təqdim olunmuşdur.

Keçidlər