Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir müəllimlərinin sentyabr konfransı

04 sentyabr 2014 | 15:00

Sentyabrın 4-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin  əməkdaşı Avaz Yusifov iştirak etmişlər.
Konfransda “2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” müzakirə olunmuşdur. Konfransı giriş sözü ilə rayon Təhsil Şöbəsinin müdir əvəzi Xəqani Qurbanov açmış və qeyd olunan məsələ barədə məruzə etmişdir. Məruzə ətrafında müzakirələrədə Mürtülü kənd tam orta məktəbinin direktoru Binyət Abdulayeva, şəhər 1 saylı tam orta məktəbin müəllimi Rəfail Məmmədov, Dəyirmanlı kənd tam orta məktəbinin müəllimi Vüsalə Xasməmmədova, şəhər 6 saylı tam orta məktəbin müəllimi Səadət Salmanova, valideyn Rasim Hacıkişiyev, yüksək bal toplamış məzun Günay Cavadova çıxış etmişlər.
Məruzə və çıxış edənlər ölkəmizdə təhsilin hərtərəfli inkişafı üçün böyük diqqət və qayğı göstərdiklərinə görə dövlət başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva öz dərin minnətdarlığını bildirmiş, göstərilən diqqət və qayğılara yüksək əməli işlərlə cavab verəcəklərini böyük inam hissləri ilə vurğulamışlar.
Konfransda qeyd edilmişdir ki, 2013-2014-cü dərs ilində rayonda 58 ümumtəhsil məktəbi – 43 tam orta, 13 ümumi orta, 2 ibtidai məktəb və 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Məktəblərdə təhsil alan 14355 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1448 nəfər müəllim məşğul olmuşdur.
Yeni tədris ilində isə rayonun Mürtülü və Xınıslı kəndlərində yeni  məktəb binalarının tikintisində son tamamlanma işləi aparılır ki, həmin məktəblərin “Bilik Günü” ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov konfransda çıxış edərək rayonda təhsilin inkişafı üçün öz məsləhət və tövsiyələrini vermiş, həmçinin əminliklə belə fikri ifadə etmişdir ki, rayonun təhsil işçiləri respublika Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini sərf edəcəklər.
Konfrans iştirakçıları tərəfindən respublika Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər