Kürdəmirdə əmək yarmarkası
Avqustun 29-da Kürdəmir şəhərinin “Kürdəmir” sarayında Rayon İcra Hakimiyyəti və Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzi ilə birlikdə “Əmək yarmarkası” keçirmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Şahbazov, Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, Dövlət Məşğulluq Xidmətinin Statistika sektorunun müdiri Elçin Səlimov , rayonun idarə, müəssisə, təşkilatların , qeyri dövlət müəssisələrinin nümayəndələri və rayon sakinləri iştirak etmişlər.
Yarmarkanın təşkil olunmasında əsas məqsəd ixtisası üzrə iş tapa bilməyənlərə yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək və işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarət olmuşdur.
Əmək yarmarkasında rayonun 51 dövlət, qeyri dövlət təşkilatları və fiziki şəxslər boş(vakant) iş yerləri təqdim etməklə iştirak etmişlər.Onlardan 20 dövlət ,10 qeyri dövlət təşkilatları və 21 fiziki şəxslərdir.Təqdim olunmuş boş iş yerlərinin sayı 293 olmaqla 154 qulluqçu vəzifəsi, 91 fəhlə peşələri və 48 xidmət sahəsinə aiddir. Dövlət müəssisələrindən 205, qeyri dövlət 56, fiziki şəxslərdə iş yerləri təqdim olunmuşdur.Bu müəssisələrdə minimum əmək haqqı 105 manat, maksimum əmək haqqı 300 manat təşkil edir.
Əmək yarmarkasında 810 nəfərdən çox rayon sakinləri iştirak etmişdir ki, onlardan 122 nəfərə o ,cümlədən 41 dövlət, 49 nəfərə qeyri dövlət müəssisələrinə və 32 nəfər fiziki şəxslərdə işədüzəlmək üçün göndəriş verilmiş, 2 nəfər kvota yerlərinə,18 nəfər peşə hazırlığına ,20 nəfər içtimai işlərə cəlb olunmuşdur.