Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində Kürdəmirdə görüş keçirilmişdir

27 avqust 2014 | 15:00

Avqustun 27-də rayonun “Gənclər Evi”ndə Kürdəmir rayon İcra Hakimiyyəti və UNİCEF-in Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində görüş keçirilmişdir.
  Layihə çərçivəsində Rayon İcra Hakimiyyətində yaradılmış Kürdəmir Gənclərinə Dəstək Qrupunun iştirakı ilə keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Tacəddin Novruzov , Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram departamentinin rəhbəri Ayaz Mirzəyev , “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin koordinatoru Qiyas Abasov da iştirak etmişlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı gənclər siyasətindən, gənclərlə bağlı rayonda həyata keçirilən quruculuq işlərindən, rayon gənclərinin problemlərindən bəhs etmişdir. O, bildirmişdir ki, hazırda Kürdəmir rayon İcra Hakimiyyəti qarşısında dayanan ən ümdə məsələlərdən biri rayon gənclərinin asudə vaxtının düzgün təşkil olunması , onların işlə təminatı , gənclərin rayonun abadlaşdırılması və təbliği sahəsində görülən işlərə cəlb olunmasıdır. Vəsilə Əsgərli xüsusilə müasir texnologiyalardan istifadəyə bələd olan gənclərə ehtiyac duyulduğunu görüş iştirakçılarının diqqətinə çatdırmışdır. Rayonumuzda ekoloji maarifləndirmə sahəsində aparılan işlərə  diqqət çəkmiş və bu sahədə gənclərin fəallığına ciddi ehtiyac duyulduğunu bildirmişdir.
Görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev,Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram departamentinin rəhbəri Ayaz Mirzəyev , “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin koordinatoru Qiyas Abasov layihə ilə bağlı tədbir iştirakçılarına geniş məlumat vermişlər.
Görüşdə çıxış edən Kürdəmir Gənclərinə  Dəstək  Qrupunun  rəhbəri  Ramil Kərimov  Dəstək    Qrupu   adından       Kürdəmir   rayon      İcra     Hakimiyyətinə      rayonun       seçilmiş      ərazilərində     əhali     arasında  və    müxtəlif  müəssisələrin     işçiləri     arasında      ətraf mühitin tullantısız olmasını təmin etmək üçün bacarıqların formalaşdırılmasına yönəlmiş tədbirlərin təşkili mövzusunda layihə təklif etmişdir. Vəsilə Əsgərli də öz növbəsində birgə əməkdaşlığın qurulmasından məmnun olduqlarını qeyd edərək bildirmişdir ki, rayon İcra Hakimiyyəti həmin görüşlərin təşkilinə dəstək verəcək və bundan sonra da “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində yaradılmış Kürdəmir rayon Dəstək Qrupunun müxtəlif layihələri həyata keçirmələrinə yardımçı olacaqdır.
Sonda hər iki tərəfin razılığı ilə hazırlanmış anlaşma protokolunun imzalanması mərasimi keçirilmişdir. Protokolda rayonun 5 kəndində , o cümlədən rayon mərkəzində ticarət subyektlərinin sahiblərinə və əhaliyə ətraf mühitin mühafizəsi, ekoloji mühitin qorunması ilə bağlı birgə seminar və görüşlərin keçirilməsi öz əksini tapmışdır.

Keçidlər