Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçıları yola salınmışlar

22 avqust 2014 | 15:00

Vətənin bütövlüyü və bölünməzliyi onun bütün vətəndaşlarının səmimi və mehriban ailə şəraitində yaşamasından çox aslıdır.Vətən istəyi, ölkə sevgisi onu dərindən və yaxından tanımağdan başlanır.Dünyada mövcud olan 11 iqlim qurşağından 9-nu özündə təcəssüm etdirən Azərbaycan gözəl, rəngarəng təbiətilə yanaşı ,zəngin tarixi və mədəni abidələri ilə də diqqəti cəlb edir. Ölkəmizi tanımaq hər bir vətəndaşın ürəyindən keçən və onu maraqlandıran gözəl arzulardan biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə bu il avqustun 1-dən etibarən həyata keçirilən  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası bu cəhətdən müstəsna əhəmiyyətə malik olan bir tədbirdir.
Bu münasibətlə avqusutun 22-də rayonun 40 nəfərdən ibarət yeniyetmə və gənci “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tədbirlə əlaqədar olaraq Respublikamızın qədim və səfalı guşələrindən olan İsmayıllı, Qəbələ və Şəki rayonlarına göndərilmişlər. Bununla əlaqədar olaraq  Kürdəmir rayonun “Heydər Əliyev “ parkında təntənəli mərasim keçirilmişdir. Mərasim iştirakçıları Ulu Öndər Heydər Əliyevin parkdakı abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli rayon İcra Hakimiyyəti Başçısı və rayon ictimaiəti adından tur-aksiya iştirakçılarını salamlamış və onlara uğurlar arzulamışdır. O qeyd etmişdir  ki , ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə həyata keçirilən maarifləndirici tur-aksiya gənclərimizin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasında,onların dünya görüşünün artırılmasında mühüm əhəmiyyət kəsb edir.Bu tur-aksiya Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da böyük maraq hissi iləqarşılanmışdır.
Tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusa minərək yola düşmüşlər.

Keçidlər