Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə yeniyetmələr arasında mini futbol yarışı keçirilir

21 iyul 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə idmanın kütləviliyinin artırılması, uşaq , yeniyetmə və gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi üçün Olimpiya İdman Komplekslərindən və mövcud olan digər idman obyektlərindən səmərəli istifadə olunması ilə bağlı mərkəzi və yerli icra orqanları qarşısında mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrin yerinə yetirilməsi məqsədilə rayon İcra Hakimiyyəti Başçısının sərancamı ilə işçi qrupu yaradılmışdır.
Rayonda futbol, üzgüçülük, dama, şahmat, karate, voleybol, güləş, nərd, atletika, bilyard, stolüstü tennis, boks və idmanın digər növləri üzrə klub və bölmələri təsis edilmişdir.
Kürdəmirdə idmanın kütləviliyinin artırılması, uşaq ,yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi işi ilə əlaqədar iyulun 21-də rayonun Olimpiya İdman Kompleksində yeniyetmələr arasında mini-futbol yarışına start verilmişdir.
Turnirdə rayonun yeniyetmələrindən ibarət 12 məhəllə komandası iştirak edir.
Yarış iyul ayının 26-da keçiriləcək final oyunu ilə başa çatacaq və  qaliblər rayon İcra Hakimiyyəti Başçısı tərəfindən  diplom ,  pul  və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Keçidlər