Şriftin ölçüsü :

Saytın rəngi :

Doqquz ayının yekunları

18 oktyabr 2012 | 15:00

Kürdəmir rayonunun 2012-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunları və qarşıda duran vəzifələr barədə
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı
Cənab İ.N.Əliyevin hesabat

 

M Ə R U Z Ə S İ

Hörmətli yığncaq iştirakçıları!

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş çevik iqtisadi siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi 2012-ci ilin doqquz ayının yekunlarında da özünü bir daha əyani sübut edir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 10 oktyabr tarixli iclasında görülmüş işlər ətraflı təhlil edilib, qazanılan nailiyyətlər yüksək qiymətləndirilib.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yığıncaqda 9 ayda ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlərin uğurla həll edildiyini, əldə olunmuş nailiyyətlərin son illər ərzində aparılan islahatların və iqtisadiyyatın çoxşahəli şəkildə inkişafına nail olduğunu qeyd etmişdir.

Aparılmış uğurlu islahatlar nəticəsində 2012-ci ilin doqquz ayında ölkə iqtisadiyyatı 1,1 faiz artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri neft sektorunda 10,3 faiz artım olmuşdur. Bu, ölkənin dinamik inkişaf etdiyini, iqtisadiyyatın şaxələndirilməsinin təmin edildiyini və iqtisadiyyatımızın enerji amilindən asılılığından azaldığını göstərir.

İlin əvvəlindən ölkənin valyuta ehtiyatları daha da artaraq 45 milyard dolları ötmüşdük ki, bu da istənilən layihələri öz gücümüzə arxalanaraq icra olunmasına, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resurslarının cəlb edilməsinə geniş imkan yaradır.
Bu ilin doqquz ayında 94 min yeni iş yeri açılmışdır ki, onlardan 73 mindən çoxu daimi iş yeridir. İnfilyasiya cəmi 1,5 faiz olmuş, əhalinin pul gəlirləri isə 12 faiz artmışdır.
Bütün sahələrdə qazanılmış uğurlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan alternativsiz lider, Möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni və sürətli inkişaf mərhələsini yaşayır, dünya miqyasında öz müsbət imicini daha da gücləndirir və zəngin dövlətə çevrilir.

Hörmətli yığncaq iştirakçıları!

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009-2013-cü illər) təsdiq edilməsi haqqında” 14 aprel 2009-cü il tarixli Fərmanına əsasən rayonda proqramda nəzərdə tutulmuş tədbirlər həyata keçirilmişdir.

İlin əvvəlindən 765 yeni iş yeri yaradılmışdır ki, onun da 653-çü daimi iş yerləridir.

2012-ci ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 39,6 faiz artaraq 224 milyon 188 min manata çatmışdır. Ümumi məhsul buraxılışının 80.2 faizi məhsul istehsalı, 19.8 fazi isə xidmət sahələrində olmuşdur.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılmışdır.

Bu il qarğıdalı dəni də daxil olmaqla 74715 ton taxıl istehsal edilmişdir ki, bu da ötən ildəkindən 18953 ton çoxdur. Mütərəqqi üsulla becərilən qarğıdalı sahəsinin hər hektarından 100 sen-dən çox dən götürülmüşdür. Qarğıdalı yığımı davam edir.

Növbəti ilin məhsulu üçün taxıl əkinlərinə hazırlıq görülmüş, sahibkarlar öz istehsalından 6,0 min tona qədər toxum fondu ayırmış, indiyədək 25 min hektardan çox sahədə taxıl üçün şum qaldırılmış, 8 min hektaradək sahəyə taxıl səpilmiş, səpin işləri xeyli sürətləndirilmişdir. Bu il 35 min hektaradan çox sahəyə taxıl əkiləcəyi nəzərdə tutulmuşdur.

Görülmüş tədbirlər nəticəsində yazlıq əkinlərdən daha çox məhsul götürülmüşdür.

Kartof əkini 14035 ton, yəni ötən ildəkindən 1125 ton çox, 21,0 min ton tərəvəz, ötən ildəkindən 200 ton çox, 48075 ton bostan, yəni ötən ildəkindən 200 ton çox, 87,4 ton günəbaxan məhsulları istehsal olunmuşdur.

Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində də müəyyən işlər görülmüşdür. Hazırda iri buynuzlu mal qaranın sayı 63,1 min başı, qoyun keçilərin sayı 128.3 min başı ötmüş, heyvandarlıq məhsulları istehsalının müəyyən artımına nail olunmuş, bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət ,süd yumurta, yun istehsalı 3-4% artmışdır.

Bu il örtülü quruntların ikişaf etdirilməsi üçün xeyli iş görülmüş, mütərəqqi nümunələr yaradılmışdır.
Payz-qış mövsümündə əhalini təzə tərəvəzlə təmin etmək sahəsində işlər görülmüş, 40-dan çox sahibkar tərəfindən 5 hektardan çox parniklərdə tərəvəz yetişdirilməsi təmin edilmişdir. Parnik təsərrüfatlarından 300 tondan çox xiyar, 100 tondan çox pomidor məhsulu gözlənilir.

Qabaqçıl nümunələrin yayılması sahəsində ardıcıl işlər aparılır.

Belə ki, Süd emalı zavodunda, İri parnik təsərrüfatında, mütərəqqi üsulla becərilən qarğıdalı sahəsində və bağlarda sahibkarların, mütəxəssislərin iştirakı ilə seminarlar keçirilmiş və onlara lazımi bilgilər verilmişdir.

Belə nümunələrin sayı artırılmalı, onların öyrənilməsi və yayılası istiqamətində müntəzəm iş aparılmalıdır.

Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır.

Bu sahədə müəyyən işlər görülsə də, kollektor-dren şəbəkələrinin işlək vəziyyətə gətirilməsində, suvarma sistemlərinin təmiri və bərpasında çoxlu sayda görülməmiş işlər qalmışdır. Bu da öz növbəsində torpaqların şorlaşmasına, münbitliyinin azalmasına, müvafiq olaraq əkinlərin optimal müddətdə suvarılmamasına və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə taxıl əkinlərinə maksimum aqrotexniki qulluq göstərilməli, sahələr qarğıdalı əkinləri hesabına bir qədər də artırilmalı, ət, süd, yumurta və diğər kənd təsərrüfatı məhsullarının istehsalının artırılması tədbirləri görülməlidir.

Odur ki, rayon İcra Hakimiyyəti Başçısı Aparatının Aqrar məsələlər şöbəsi və kənd təsərrüfatına xidmət edən təşkilat rəhbərləri öz işlərini günün tələbləri səviyyəsində qurmalı, məhsul istehsalının artırılması istiqamətində lazımi tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməlidirlər.

Hörmətli yığncaq iştirakçıları!

Əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaş-dırılması rayon İcra Hakimiyyəti və müvafiq xidmət müəssisələrinin diqqət mərkəzində saxladığı ən vacib məsələrdən olmuşdur.

Rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, bəzi hallarda texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsinə, sıradan çıxmış transformatorların yenisi ilə əvəz olunmasına diqqət artırılmışdır. 10 kv-lıq elektrik hava xəttinin 1,5 km hissəsində əsaslı, 4,3 km hissəsində cari, 04 kv-lıq elektrik hava xəttinin isə 2 km hissəsində əsaslı, 4,2 km hissəsində isə cari təmir işləri aparılmlşdır. Transformatorlardan 13 ədədi əsaslı, 40 ədədi isə cari təmir edilmiş, 419 mənzilə elektrik sayğacı quraşdırılmışdır.

Görülmüş işlərlə yanaşı müəssisənin fəaliyyətində nöqsanlar qalmaqdadır.

Küləkli və yağmurlu havalarda elektrik enerjisi abonentlərə fasilələrlə verilir, Sayğaclara müdaxilə edənlərə qarşı ciddi mübarizə aparılmır.

İstifadə edilmiş enerji daşıyıcılarının dəyərinin 100 % ödənilməsi nəzərdə tutulduğu halda son 9 ayda əhali sektoru üzrə 76,6%, ümumilikdə isə 66% yiğım təmin edilmişdir ki, bu da yol verilməzdir.

Rayon elektrik şəbəkəsinin rəhbərliyi nöqsanların aradan qaldırılması üçün konkret tədbirlər hazırlayıb qısa bir zamanda həyata keçirməlidir.

Dövlət Proqramına uyğun olaraq 9 ayda təbii qazla təhciz olunmayan şəhərin ayrı- ayrı məhəllələrinin, kəndlərin qazlaşmasına başlanılmışdır.

1-ci rübün yekunlarında idarənin rəhbərliyinə tutulmuş iradlardan nəticə çıxarılaraq şəhərin gözəlliyinə xələl gətirən metal borulardan çəkilmiş qaz xətlərinin sökülərək yeraltı polietilen borularla əvəzlənməsinə nail olunmuşdur.

Heydər Əliyev prospeti və Aşıq Əhməd küçəsində ümumilikdə 2150 m metal boru yüksək və orta təzyiqli yeraltı plastik boru ilə əvəzlənmiş, şəhərin cənub məhəlləsində 4,5 km uzunluğunda yeni qaz xətti çəkilmiş və 580 ailə təbii qazla təmin olunmuşdur.

Sığırlı-Çöhranlı marşurutu üzrə 7 kəndi (Karrar, Garıs-Əyribənd, Bağman, Karrar qəsəbə, Muğanlı, Xınıslı, Çöhranlı) təbii qazla təmin edəcək kəmərin 10,5 km hissəsi çəkilmiş, şəhərin 63-69-cu məhəllələrində, Atakişili kəndinin yeni yaşayış ərazisində qazlaşma işlərinə başlanılmışdır. Şilyan, Qarasu kəndlərinin qazlaşması üçün layihə-smeta sənədləri hazırlanır.

Bütün görülən işlərlə yanaşı idarənin fəaliyyətində nöqsanlar qalmaqdadır.

Belə ki, korroziya uğramış kəmərlərin dəyişdirilməsində ləngimələrə yol verilir, debütor borcu olan abonentlərlə maarifləndirmə işi zəif aparılır.

Son altı ayda yığımın istər əhali və istərsə də ümumilikdə 100%-dən yu-xarı təmin olunması, həmçinin itki faizinin nəzərə çarpacaq dərəcədə asağı düş-məsi müsbət hal kimi dəyərləndirilməli, 9 ay ərzində əhali sektoru üzrə 114 %, ümumilikdə isə 102,1% faiz yığım təmin edilmişdir.

Ona görə də, idarənin rəhbərliyi bundan sonra da öz işçiləri üzərində nəzarəti gücləndirməklə nizam-intizama, bildirişlərin vaxtında paylanmasına, qaz itkisinin qarşısının alınmasına nail olmalıdır.
Dövlət Proqramına uyğun olaraq əhalinin içməli suya olan təminatını yaxşılaşdırmaq, eyni zamanda kanalizasiya şəbəkəsinin yenidən qurulmasına başlanılmışdır.

Ağsu rayonunun Külüllü bulağından rayonumuza qədər yeni çəkiləcək 3-cü içməli su xəttinin18 km-nin, Ərəbmehdibəy kəndində tutumu 7500 m3 olan su anbarının tikintisi başa çatdırılmışdır. Ümumi uzunluğu 300 km olan daxili içməli su xəttinin 28 km-də, kanalizasiya şəbəkəsinin isə 13 km-də işlər basa çatdırılmış, tunel çəkilişi üçün 4 ədəd yeraltı baxış quyuları tikilmişdir.

Proqrama müvafiq olaraq tikintinin 2013-cü ilin sonuna başa çatdırılmasi nəzərdə tutulur.

Bu işlərin vaxtında və keyfiyyətlə görülməsi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və Tikinti şöbələri tərəfindən gündəlik nəzarətə götürülməli, yeni şəbəkənin çəkilişinin başa çatana qədər köhnə xətlərin işlək vəziyyətdə olması üçün lazımi tədbirlər hazırlayıb həyata keçirməlidir.

Kəndlərin su təchizatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 26 avqust 2011-ci il tarixli Sərəncamı ilə Kürdəmir rayonunun 5 min nəfər əhalisinin yaşadığı Şahbəyli, Sor Sor, Ərşəli, Muğanlı, Xınıslı yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq istifadəyə verilmiş, Təklə kəndində isə tikinti işlərinə başlanılmışdır.

Bundan əlavə 2013-cü ildə daha 3 kənddə modul tipli su təmizləyici qurğu tikilməsi planlaşdırılmış, tikiləcək qurğulara kəndlərdə yerlər seçilmiş və torpaqayırma sənədləri hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir.

Əhaliyə göstərilən kommunal xidmətin səviyyəsini yüksəldilməsi, şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanilması bu sahəyə xidmət göstərən müvafiq qurumların ən başlıca vəzifələrindəndir.

Kommunal nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə dövlət Başçısının tapşırığına əsasən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına rayonumuza gətirilmiş xüsusi texnikalardan səmərəli istifadə olunmalıdır. Bu maşınlar küçələrdə təmizlik işləri aparmaq üçün əlverişli texniki imkanlara malikdir.

Göstərilən qayğıya rayonun xidmət təşkilatları şəhər icra nümayəndəliyi ilə birlikdə əməli işləri ilə cavab verməli, verilmiş bütün nəqliyyat vasitələrinin daima işlək vəziyyətdə olmasını təmin etməlidirlər.

Əhaliyə göstərilən bu xidmət sahələrinin fəaliyyətində nöqsan və çatışmamazlıqlar qalmaqdadır.
Kommunal Müəssisələr Kombinatı xidmət göstərdiyi ərazidə məişət tullantılarını götürsə də, bir çox mərkəzi küçələr həmişə süpürülmür, küveyt və keçid boruları müntəzəm təmizlənmir ki, bu da yağıntılar zamanı tutulmalara səbəb olur, məişət tullantılarını xüsusi ayrılmış yerlərə atmayan sakinlərə qarşı cərimə sanksiyaları tətbiq olunmur.

Mənzil istismar sahəsi tərəfindən evlərin fasadlarını eybəcər vəziyyətə gətirmiş, qanunsuz artırma və tikililər aparmış sakinlər barəsində ciddi ölçü götürülmür, onların sökülməsi üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldırılmır.

Qeyd olunan ciddi nöqsan və çatışmamazlıqları aradan qaldırmaq məqsədi ilə rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, şəhər nümayəndəliyi, bələdiyyə və xidmət təşkilatları ilə birlikdə tədbirlər planı hazırlamalı, əhalini narahat edən məsələlərin tez bir zamanda aradan qaldırılmasını təmin etməlidir.


Hörmətli yığncaq iştirakçıları!

Son doqquz ayda rayonda tikinti və abadlıq işləri geniş vüsət almış, Rayon İcra Hakimiyyətinin Başçısı Cənab İrşad Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması, nəqliyyat infraskturunun şəhərdaxili hərəkətinin nizamlanması məqsədi ilə rayonun idarə, müəssisə rəhbərləri ilə mütəmadi müşavirələr keçirlmiş, görüləcək işlərin layihələri hazırlanmış, müəyyən edilmiş işlərin görülməsinə başlanılmışdır.

Şəhərin 10 küçə və meydanlarına ümumilikdə 26778 kvm büdcə vəsaiti hesabına asfalt örtüyü vurulmuşdur. Şəhərin ən işlək mərkəzi küçələrindən olan Aşıq Əhməd, Nizami, X.İslamzadə küçələrinin yenidən qurulması və abadlaşdırılması üçün 2247p/m bardür düzülmüş, 230 pm kanalizasiya xətti çəkilmiş, 989 kvm divar hörülmüş, 1250 kvm tamet döşənmiş, 1910 kvm aqlay materilı üzləmə aparılmış, ərazilərin görkəmi tamamilə dəyişmişdir.

H.Əliyev prospektində hündürlüyü 42 metr olan yeni bayraq meydanı qurulmuş, 6.5 metr hündürlükdə 4 cəhətli saat qülləsi tikilmiş, 80 ədəd yeni işıqlanma dirəkləri quraşdırılmış, divarların ağlayla dekorativ üzlənməsi işləri aparılır.

Şəhərin Bakı prospektində primitiv üsulla quraşdırılmış Bayraq qülləsi dəyişdirilərək 52 metr qülləsi olan yeni bayraq meydani tikilmiş, 120 m3 torpaq daşınmış, yaşılaşdırma işləri üçün hazırlıq aparılır.

Uzunluğu 1700 metr olan Vaqif küçəsinin 4 gedişli yola rekonstruksiyası üçün xeyli iş görülmüş , əraziyə 3450 m3 torpaq daşınmış , 620 m3 beton tökülmüş. 3590 m2 divar hörülmüş , 1441 m2 ağlayla üzləmə aparılmış, 2645 p/m bardür düzülmüş, işıqlanma sistemi üçün 39 ədəd dayaq yeri düzəldilmişdir.

G.Orucova küçəsində 3 ləçək formalı yol nizamlayıcı dairə tikilmiş, dekorativ işıqlanma sistemi qurulmuş, yaşıllaşma aparılmış, Qələbə parkında görələcək işlərin məlumatını bildirən manitor yerləşdirilmişdir.

Şəhər mərkəzində nəqliyyat vasitələrinin intensivliyini azaltmaq məqsədi ilə dəmir yol vağzalından Bakı prospektinə qədər uzunluğu 2500 m olan , uzun illərdən bəri istifadəsiz və bərbad olmuş M.Ə.Sabir küçəsi yenidən tikilmiş, əraziyə 1500 m3 torpaq daşınmış, 10150 m2 asfalt örtüyü döşənmiş, sahəsi 2600 m2 olan yeni avtodayancaq düzəldilir. Indi bu rahat yolla hər gün yüzlərlə nəqliyyat vasitəsi maniyəsiz hərəkət edir.

Bu prosesi daha da inkişaf etdirmək üçün ümumi uzunluğu 5 km-dən çox 5 alternativ küçələr müəyyənləşdirilmiş, yolların açılması üçün araşdırmalar aparılır.

İndi rayon ərazisi böyük tikinti meydanına çevirilmiş, rayonun tarixində görülməmiş həcmində geniş tikinti, abadlıq işləri aparılır. Şəhərin X.İslamzadə küçəsi 2 dəfədən çox genişləndirilmiş, bənzəri olmayan yeni əyani təşviqat vasitəsi kompleksi qurulur.

Gənc Heydərçilər parkı rekanstruksiya edilərək əsaslı təmir edilmiş, yeni su, işıq və kanalizasiya xətti çəkilmiş 1745 m2 tamet döşənmiş . 450 m2 asfalt vurulmuş, 305 m2 ağlayla üzlənmə aparılmış, 2025 m2 fasad rənglənmiş, parkın giriş ərazisi abadlaşdırılmış, küçə asfaltlanmış, yeni səkilər düzəldilərək, yaşıllıq zolağı salınmışdır.

Hazırda ərazisi 6.5 hektar olan Heydər Parkında yeni layihəyə əsasən əsaslı işlər aparılır. Parkda yeni mini fəvvarə, çay evi tikilmiş , üç ədəd yeni şahmat stolları quraşdırılmış, 3 ədəd söhbətgah tikilmiş, əraziyə 1000 m3 çox torpaq daşınmış mexaniki suvarma sistemi qurulub.

Parkda dövlətçilik tariximizi əks etdirən manomnentlər, dövlət tarixi muzeyi, əhalinin bütün sosial kataqoriyalarının istirahəti üçün bölmələr, müxtəlif attraksionlar, fəvvalər nəzərdə tutulmuşdur.

Ulu Öndər Heydər Əliyevin əvəzedilməz irsinin daha mükəmməl öyrənilməsi , onların gənc nəsilə yetərincə aşılanmsı, gələcək nəsillərə layiqincə ötürülməsi məqsədi ilə ən müasir layihəyə əsasən Heydər Əliyev mərkəzi 3 dəfədən artıq böyüdülməklə yenidən tikilir. Bu möhtəşəm binada müxtəlif dərnəklər , internet klublar , kinozal, ekspozisiya və müşavirə zalları nəzərdə tutulmuşdur.
Böyük əminliklə və qururla deyə bilərik ki, bu möhtəşəm saray kürdəmirlilər üçün Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin simvolu olacaqdır.

Qeyd olunmalıdır ki, rayonun daxili imkanları hesabına görülmüş abadliq və quruculuq işlərinə 1 milyon manatdan artıq vəsait xərclənmişdir.

Əhali məşğulluğunun etibarlı təminatı və artan sosial tələblərin həlli istiqamətində Kürdəmir Süd Emalı zavodunun tikintisində son tamamlama, abadlıq işləri yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda sutkalıq 30 ton süd məhsulu emal edəcək zavodda 150-dən artıq sakinin işlə təmin olunması gözlənilir.

Şəhərimizə xüsusi gözəllik verən, müasir dizayn və işıqlanma sistemi ilə təhciz olunmuş Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin yeni inzibati binalarının tikintisi başa çatdırılmış və yaxın günlərdə istifadəyə veriləcəkdir.

Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli yaşayış binasının dam örtüyünün müasir üslubda yenidən qurulması memarlıq baxımından şəhərimizə yaraşiq verməklə sakinlərin mənzil şəraitinin yaxşılaşmasına xidmət edəcək və digər binaların da həmin formada təmir edilməsi üçün nümunə olacaqdir.

Rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti şöbəsi yeni inşa edilən obyektlərin vaxtında və keyfiyyətlə istismara verilməsini, şəhər ərazisində, magistral yolun kənarlarında mövcud sahibkar obyektlərin müasir daşlarla üzlənməsini təmin etmək üçün bütün lazımi tədbirləri görməlidir.

2010-cu ilin aprel-may aylarında Kür çayında suyun səviyyəsinin həddindən çox qalxması və həmçinin yağan güclü leysan yağışları nəticəsində fərdi yaşayış evlərinə dəymiş ciddi ziyanlıqlar aradan qldırılmaq üzrədir.

Belə ki, rayonda FHN tərəfindən qəzalı olduğu müəyyən edilmiş 347 yeni fərdi evlərin tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, 186 yeni evin tikintisi isə başa çatmaq üzrədir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 07 mart 2012-ci il 2081 saylı Sərəncamı ilə 13 kəndi birləşdirən, əhalisi 14 min nəfərdən çox, uznluğu 28 km olan Mollakənd-Axtaçı-Öyləqulu yolunun tikintisi üçün ayrılmış 3 milyon manat vəsait hesabına smetaya uyğun 11,7 km-i asfalt-beton örtüyü ilə tikilmiş, qalan hissəsinin tikilməsinə vəsait ayrılması üçün aidiyyatı orqanlara müraciət edilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayon ərazisində magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və təmiri sahəsində müəyyən işlər görülsə də, bu xidmət sahəsinin fəaliyyətində nöqsan və çatışmamazlıqlar qalmaqdadır.
Belə ki, şəhərin əksər küçələrində asfalt örtüyü sıradan çıxmış, bir çox kənd yolları istismara yararsız vəziyyətdədir.

Kürdəmir-Mollakənd avtomagistralı, Ərəbqubalı, Pirili, , Kohünlü, Şilyan, Böyük Kəngərli, Təklə, Qurdbayram kəndləri ilə avtomagistralı birləşdirən baş yollar istismara yararsız vəziyyətdədir.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və Tikinti şöbələri yol istismar idarəsinin rəhbərliyi ilə birlikdə tədbirlər planı hazırlayıb məsələnin həll olunmasına nail olmalıdırlar.

Hörmətli yığıncaq iştirakçıları!

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamlarına əsasən 220 şagird yerlik Xırdapay və Sor-Sor, 180 şagird yerlik Qarasaqqal kənd tam əsas məktəblərinin tikintisi, 1 və 3 saylı uşaq bağçası körpələr evləri rekonstruksiya və əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilmişdir.

Hazırda ümumi şagird yeri 1740 olan 7 kənddə (Sığırlı, Şilyan, Qarabucaq, Cəyli, Köhünlü, Qaramahmudlu, Xəlsə) yeni məktəb binalarının tikintisi aparılır.

Nazirlər Kabinetinin işçi qrupu tərəfindən 34 məktəb, 9 uşaq baxçası körpələr evində moritorinq aparılaraq qəzalı və istismara az yararlı tədris müəssisələri müəyyən edilərək tədbir görülməsi üçün müvafiq sənədləşrmə işləri aparılmışdır.
2012-ci tədris ilində 207 şagird ali, 130 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar ki, bu da ötən ilki göstəricidən çoxdur.
Əldə edilmiş nailiyyətlərlə yanaşı hələ də bu sahədə nöqsanlar qalmaqdadır.

Bir sıra məktəblərdə şagirdlərin bilikləri aşağı səviyyədədir. Məhz onun nəticəsidir ki, Xl sinfi bitirən şagirdlərdən bir nəfər belə ali məktəblərə qəbul olunmur. Kənd məktəblərinin inventar və avadanlıqla təchizatı aşağı səviyyədədir. İxtisaslı fənn müəllimləri çatışmadığından tədris qeyri ixtisas müəllimləri tərəfindən tədris olunur.

Rayonun Axtaçı, Sığırlı, kənd orta məktəblərində şagirdlərin məsafə uzaqlığına görə, xüsusi ilə yuxarı siniflərdə oxuyan qizların dərsə davamiyyəti qüsurludur.

Kənd məktəblərinin bir çoxunda sadə idman qurğuları, ibtidai hərbi hazirliq fənləri üzrə çöl məşğələlərin aparılması məqsədi ilə təlim sahəsi yoxdur və bu səbəbdən də bir çox məktəblər hərbi idman oyunlarında, idmanın ayrı-ayrı növləri üzrə yarışlarda təmsil olunmurlar və ya çox zəif nəticələr göstərirlər.

Bu çatışmamazlıqları aradan qaldırmaq üçün rayon icra hakimiyyəti Başçısının təsəbbüsü ilə Köhnəbazar kənd tam orta məktəbində ilk dəfə olaraq məktəblilərin hərbi hazırlıq və idman mərkəzi tikilmişdir. Bu mütərəqqi tədbir müharibə şəraitində yaşayan Azərbaycan dövlətinin qorunmasına, əsgərlərin məktəb illəri ərzində hərtərəfli yetişməsinə xidmət edəcəkdir. Belə vətənpərvər tədbir rayonun bütün məktəblərinə sirayət etməlidir.

MRX-nin əsas binasında Regionların Sosial iqtisadi inkişafı Dövlət Proqramına əsasən rekonstruksiya və əsaslı təmir işləri başa çatdirilmişdır.

Hazırda xəstəxananın bütün bölmələri üzrə müasir tibb avadanlıqları ilə təhcizatı davam etdirilir.

Rayon səhiyyə sistemində əldə olunmuş nailiyyətlərlə yanaşı bir sıra nöqsanlar yenə də qalmaqdadır.

Əksər kənd həkim və tibb məntəqələrinin inzibati binaları olmadığından fəaliyyətlərini evlərdə göstərirlər, texniki təhcizat günün tələbləri səviyyəsində deyil, səhiyyə müəssisələri ixtisaslı həkim və orta tibb işçiləri ilə tam təmin olunmadığından əhaliyə tibbi xidmət aşağı səviyyədə göstərilir, ayrılan tibbi dərman peraparatları təlabatı ödəmir, bu da rayon mərkəzindən uzaqda yaşayan sakinlərin narazılığına səbəb olur.

Əsasən pediatır, akuşer-ginikoloq, travmatoloq, anestezioloq-reanimatoloq, terapeft kadrlarına kəskin ehtiyac vardır.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən infeksion-yolxucu xəstəliklərin qarşısının alınması, xəstəliklərin yaranma mənbələrinin aşkar edilməsi və ərazilərdə sanitar-profilaktik tədbirlər keşirilməsi işi gücləndirilsədə, fəaliyyətində ciddi nöqsan və çatışmamazlıqlar qalmaqdadır.

Belə ki, hələ də səkilərdə və sanitariya qaydalarına uyğun olmayan yerlərdə ticarət aparılır, rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən iaişə və ticarət obyektlərində GEM tərəfindən sanitar yoxlamalar səthi keçirilir, antisanitar vəziyyətdə fəaliyyət göstərən obyeklər barəsində ciddi qərar az qəbul edilir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Baytarlıq idarəsinin rəhbərliyi rayon əhalisinin yolxucu xəstəliklərdən müdafiə olunması istiqamətində sanitar nəzarəti gücləndirməklə, əhalinin maarifləndirilməsi məqsədi ilə seminarlar və profilaktik tədbirlər keçirilməsini diqqət mərkəzində saxlamalı, göstərilən nöqsanlardan nəticə çıxarmalıdırlar.

Rayonda maddi və mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilmişdir.

Rayon icra hakimiyyətinin təşəbbüsü və rəhbərliyi ilə Çənc Heydərçilər parkında hər həftə bölgələr üzrə özfəaliyyət kollektivlərinin maraqlı konsert proqramları ilə çıxış etmələri rayon ictimaiyyəti arasında böyuk marağa səbəb olmuşdur. Bu ənənə mütamadi olaraq davam etdirilməlidir.

Rayon Mədəniyyət və Turizm şöbəsinin fəaliyyətində bir sıra nöqsan və çatışmamazlıqlar qalmaqdadır.

Mədəniyyət müəssisələrinin əksəriyyət hissəsi keçmiş kolxoz və sovxozlardan qalma klub və diğər uyğunlaşdırılmış binalarda yerləşir.Rayon Uşaq İncəsənət məktəbinin tikintisinə, rayon Mədəniyyət Evinin və “Nizami” adına kino teatırın əsaslı şəkildə yenidən qurulmasına ehtiyac vardır.

Ona görə də, rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsi rayon Təhsil və Səhiyyə şöbələrinin rəhbərliyi ilə qeyd olunan nöqsanların aradan qaldırılması üçün təbirlər hazırlamalı, ümumtəhsil məktəbləri rəhbərlərinin məsuliyyətini artırmaqla tədrisin keyfiyyətinin yüksəldilməsinə, gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaş kimi tərbiyə olunmasına nail olmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərancamı ilə 2012-ci il “İdman ili” elan edilmişdir.

Ölkə Prezidentinin gənc nəslin sağlam yetişməsinə göstərdiyi böyük qayğısının təzahürü olan “Kürdəmir Olimpiya İdman Kompleksi”-nin, 2000 yerlik səhər stadionunun tikilib istifadəyə verilməsinə rayon gəncləri öz uğurları ilə ca-vab verməlidirlər.

Gənclərimizin Milli Ordu sıralarına hərbi xidmətə göndərilməsi bayram əhval ruhiyyəsində təşkil olunur, bayram və tarixi günlərdə hərbi hissələrdə konsert proqramları təşkil edilmiş, əsgərlərə, hərbi hissələrə hami köməkliyi göstərilmişdir.

Rayon icra hakimiyyəti Başçısının hami köməkliyi nəticəsində Gənclər evinin inventar-avadanlıqla təchiz olunmasına nail olunmuşdur.

Gənclər evində gənclərin asudə vaxtının səmərəli təşkili, elmi-dünya görüşünün artırılması, xarici dillərin öyrənilməsi istiqamətində müxtəlif tədbirlər keçirilir. Belə ki, hazırda 1 ingilis dili, 2 kompüter kursu fəaliyyət göstərir. Qeyd olunmalıdır ki, əvvəlki aylarda həmin sahələr üzrə təşkil olunmuş kursları müdavimlər başa vurmuş və onlara rayon icra hakimiyyətinin Başçısi tərəfindən sertifikatlar təqdim edilmişdir.

Gənclərin işguzar fikir və təcrübə mübadiləsi aparılması istiqamətində “Gənc sahibkarlar”, “Gənc idmançılar”, “Gənc həkimlər”, “Gənc müəllimlər” bölmələri təşkil olunmuşdur.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı, Möhtərəm Prezident I.Əliyev cənabları tərəfindən uğurla davam etdirilən-dövlətçilik siyasətinin əsasını təşkil edən möhkəm dövlət intizamı və qanunçuluğa söykənən iş prinsipi, səmərəli idarəetmə mexanizmi, bütün strukturların sıx, qarşılıqlı əlaqəsi rayonumuzda tam təmin olunmuşdur.
Dövlətçilik və müstəqillik mövqeyində dayanan rayonun hüquq-mühafizə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlığa qarşı mübarizə və ictimai-siyasi asayişin qorunması sahəsində ardıcıl olaraq iş aparmışlar.
2012-ci ilin 9 ayında 141, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 cinayət hadisəsi çox qeydə alınmışdır.
Baş vermiş cinayət hadisələrinin 89,3 faizinin açılması təmin edilmişdir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində bir sıra əməliyyat-profilaktiki tədbirlər həyata keçirilərək, 7 cinayət hadisəsi aşkarlanmışdır ki, bu da ötən eyni dövrü ilə müqayisədə 5 cinayət hadisəsi azdır.
Rayonun hüquq mühafizə orqanları cinayətkarlıq və hüquq pozuntularına qarşı bundan sonra da ardıcıl və ciddi tədbirləri davam etdirməlidirlər.

2012-ci ilin 9 ayında rayon İcra Hakimiyyəti Başçısı Aparatında və səyyar qəbullarda 998 nəfər vətəndaş qəbul edilmişdir ki, onlardan 834 nəfəri rayon İcra Hakimiyyəti Başçısı tərəfindən fərdi qaydada, 164 nəfəri yerlərdə keçirilən səyyar qəbullar zamanı fərdi qaydada qəbul edilmiş, mümkün köməkliklər göstərilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2012-ci ilin 9 ayında 1625 ədəd vətəndaşların müraciəti daxil olmuşdur. Daxil olmuş müraciətlərin 565 ədədi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 30 ədədi Milli Məclisdən, 31 ədədi Nazirlər Kabinetindən, 292 ədədi digər yuxarı Respublika təşkilatlarından, 707 ədədi isə bilavasitə vətəndaşlar tərəfindən göndərilmiş ərizə və şikayətlərdir.
Müraciətlərin sayının artması əsasən yeni evlərin tikintisi ilə əlaqədar köməkliklərin göstərilməsi ilə bağlıdır.

Hörmətli yığıncaq iştirakçıları!

Qarşımızda mühüm vəzifələr durur. Dövlət Proqramının layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, abadliq-quruculuq işlərinin tempini daha da surətləndirməli, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmalıyıq.

Başladığımız iri həcmli və çox miqyaslı quruculuq işlərində hər kürdəmirlinin iştirakını təmin etməklə rayonumuzu ölkəmizin çiçəklənən bölgəsinə çevirməliyik. Bu yolda hər birinizə uğurlar diləyirəm.

Kürdəmir rayon İcra Hakimiyyətinin
B a ş ç ı s ı:                           İ.N.Əliyev

Keçidlər