Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə Qarasaqqal kəndində yeni poçt binası istifadəyə verilmişdir

15 iyul 2014 | 15:00

İyulun 14-də Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə rayonun Qarasaqqal kəndində müasir avadanlıqla və qabaqcıl texnologiya ilə təmin olunmuş yeni poçt binası istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  məsələləri üzrə müavini Arzu Şahbazov rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun adından kənd sakinlərini salamlamış və bu əlamətdar hadisə münasibətilə onlara təbriklərini çatdırmışdır
Kürdəmir rayon İcra Hakimiyyətinin Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cahid Abdullayev, rayon Poçtamtının rəisi  Əlimövsüm Ağayev və başqaları çıxış edərək ölkəmizin sürətli iqtisadi inkişafından danışmış, bütün sahələrdə olduğu kimi, rabitə sistemində də uğurlu nailiyyətlərin qazanıldığını diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, son illərdə rayonun kəndlərində 8 yeni poçt binası istifadəyə verilmişdir. Hazırda rayonda 26 poçt şöbəsi fəaliyyət göstərir. Yeni elektron avadanlıqla təchiz olunmuş poçt filialları xüsusi poçt xidmətlərini uğurla həyata keçirirlər.
Bank-maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı poçtamtda pulların saxlanılması məqsədi ilə bunker tikilmiş, bütün kənd şöbələrinin “COLVİR” və “COMİS” sistemi ilə işləməsi üçün xətlər çəkilmiş, inventar və avadanlıqla təchiz edilmişdir.
Kənd sakinləri onlara göstərilən xüsusi diqqət və qayğıyalara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar binaya baxmışlar. Müasir avadanlıqla və qabaqcıl texnologiya ilə təmin olunmuş poçt binasında əhaliyə bank-maliyyə və rabitə xidmətləri göstəriləcəkdir.

Keçidlər