Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nigah mərasimlərinin keçirilməsi ənənə halı almışdır

27 iyun 2014 | 15:00

İyunun 26-da rayonun Heydər Əliyev Mərkəzində Bakı  şəhər sakini Nağıyev Famil Çodar oğlu və Kürdəmir rayon sakini Əliyeva Səkinə Sahib qızının nigah mərasimi keçirilmişdir.
Nigah mərasimdən öncə ailə quran gənclər Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Təntənəli mərasimdə cütlük nikah masasına dəvət olunub, onlar arasında nikah müqaviləsi bağlanmışdır. Ailə quranların qohumlarının və rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə nikah şəhadətnaməsi gənclərə təqdim olunmuşdur.

Keçidlər