Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir gəncləri tir yarışlarında

28 iyun 2014 | 15:00

İyunun 26-da  rayonun “Gənclər Evi”ndə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında tir atıcılığı üzrə rayon turniri keçirilmişdir.
Kürdəmir rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarış yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi və ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı, məktəblilərə təlim silahlarından istifadə vərdişlərinin aşılanması və orduya hazırlanması məqsədi ilə təşkil olunmuşdur.
Yarış hakimlər heyyətinin tərtib etdiyi qaydalar ilə təşkil olunmuşdur.Yarışda 65 nəfər yeniyetmə və gənc iştirak etmişdir.
Yarışda ilk üç yerin sahibləri Kürdəmir rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər