Kürdəmirdə “Kitab Bayramı” adlı tədbir keçirilmişdir.
16 Oktyabr 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 21-ci ildönümünə həsr edilmiş Kürdəmirdə “Kitab Bayramı” adlı tədbir keçirilmişdir.
Ulu Öndər Heydər Əliyevin təbirincə desək “Kitabxana – xalq ,millət üçün ,cəmiyyət üçün müqəddəs bir yer,mədəniyyət,bilik,zəka mənbəyidir.Ulu Öndərin kitaba verdiyi bu dəyər kitabsevənlərin nə qədər böyük maddi və mənəvi xəzinəyə malik olduqlarını sübut edir.
Bu məqsədlə Kürdəmir rayonunun “Gənc Heydərçilər” Mədəniyyət və İstirahət parkında bayram tədbiri keçirilmişdir.. Tədbirin keçirilməsi üçün bütün hazırlıq işləri görülmüşdür.Parkın giriş qapısında tədbirdə iştirak edənlərə döş nişanı paylanmışdır.
Müstəqillik yollarında adlı kitab sərgiləri və parkın ərazisində yerləşən Rəsm Qalereyasının önündə kitab bayramının ahənginə uyğun rəsmlər nümayiş olunmuşdur.
Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev çıxış edərək, tədbirin mahiyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Rayonumuzun qabaqcıl kitabxanaçılarına mükafatlar təqdim edilmişdir.Tədbir Bayram konserti ilə başa çatmışdır.