Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təntənəli bayram şənliyi keçirildi

30 may 2014 | 15:00

Mayın 29-da Kürdəmir rayonunun “Heydər Əliyev” parkında “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə “Dünya bizim evimizdir” adlı ədəbi-bədii konsert təşkil olunmuşdur.
    Tədbirdə   rayon İcra Hakimiyyətin Başçısının müavini Vəsilə Əsgərli, təhsil və mədəniyyət işçiləri , rayonun ümumtəhsil məktəblərinin şagirdləri və uşaq bağçalarının tərbiyəçiləri və körpə fidanlar ıştirak etmişlər.
Tədbirdə bildirilmişdir ki, qadınların yekdil səsi ilə 1950-ci il iyun ayının biri Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.
Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli körpə fidanları öz ürək sözlərilə təbrik edərək söyləmişdir ki,Azərbaycan xalqı öz milli dəyərlərinə söykənən, öz milli köklərindən bəhrələnən zəngin mənəviyyatlı xalqdır. Azərbaycan torpağının, Azərbaycan soyadının daşıyıcısı olan uşaqların, gənclərin mənəvi tərbiyyəsinə xüsusi diqqət yetirir.”Bu günün uşaqları - sabahın qurucularıdır , uşaqlara  məhəbbət, qayğı gələcəyimizə təminatdır” deyən Vəsilə Əsgərli  çıxışını Ümummilli Liderimiz Heydər Əliyevin müdrük kəlamları ilə bitirmiş, uşaqlara xoşbəxt günlər,firavan həyat, işıqlı sabahlar arzulamışdır.
Bağça uşaqları və  məktəblilərin tədbirdə nümayiş etdirilən əl işlərindən ibarət rəsm sərgisi də iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Tədbir  uşaqların ifalarında təqdim olunan maraqlı mahnı və rəqslərlə başa çatmışdır.

Keçidlər