Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Respublika Günü münasibətilə Kürdəmirdə konfrans kecirildi

28 may 2014 | 15:00

Mayın 27-də rayonun Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  28 May - Respublika Günü münasibətilə “Şərqin ilk demokratik Respublikası-Azərbaycan Xalq Cümhuryyəti” mövzusunda konfrans keçirilmişdir.
Konfransda rayon rəhbərliyi , hüquq-mühafizə orqanlarının əməkdaşları, ağsaqqallar və ziyalılar, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri  iştirak etmişlər. 
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuşlar.
Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Respublika günü ilə əlaqədar məruzə etmişdir.
Mərasim iştirakçıları Xırdapay kənd tam orta məktəbinin tarix müəllimi İnqlab Rəsulovun “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ilkin tarixi şərtləri”, Şilyan kənd tam orta məktəbinin tarix müəllimi Xidmət Əhmədovun “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət kimi”,Kürdəmir şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Gülbəniz İbrahimovanın “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın Dövlətçilik tarixində yeri və rolu”, YAP Kürdəmir rayon təşkilatının gənclər üzrə təlimatçısı Məhəmməd Heydərlinin “Azərbaycan Xalq Cümhuriyyəti və Müstəqil Azərbaycan” mövzularında çıxışlarını dinləmişlər.
Məruzə və çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Müstəqil Azərbaycan Respublikası Ulu Öndərimiz Heydər Əliyevin parlaq ideyaları , dahi öndərin siyasi davamçısı ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində daim tərəqqi edib çiçəklənəcək, öz müstəqilliyini möhkəmləndirəcək, Ümummilli Liderimizin dediyi kimi , əbədi və dönməz edəcəkdir. Həmçinin dərin minətdarlıq hissi ilə vurğulanmışdır ki, Ulu Öndər Heydər Əliyev irsinin həyata keçirilməsi, onun ideyalarını reallaşdırılması Prezidentimiz İlham Əliyev cənablarının məqsədyönlü siyasəti nəticəsində reallığa çevrilmişdir.
Kürdəmir şəhər 1 saylı tam orta məktəbi şagirdlərinin ifasında təqdim olunan ədəbi-bədii kompozisiya yığıncaq iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Konfransı öz çıxışı ilə yekunlaşdıran Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Respublika Günü münasibətilə mərasim iştirakçılarını və onların timsalında rayonun bütün sakinlərini təbrik etmişdir.

Keçidlər