Kürdəmirdə məcburi köçkün ailələrinə yardım edilmişdir
27 may 2014 | 15:00
Mayın 26-da 28 May - Respublika Günü ərəfəsində rayon İcra Hakimiyyətinin və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Kürdəmir rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə görüş keçirilmişdir.
Kürdəmir Peşə Liseyində keçirilən görüşdə rayon İcra Hakimiyyəti Başçısının İctimai-siaysi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Kürdəmir rayon Məhkəməsinin sədri Sulduz Ləzimov məcburi köçkün ailələrini əlamətdar gün münasibətilə təbrik etmişlər.
28 May - Respublika Günü münasibətilə keçirilmiş bu görüşdə 563 ailəyə ərzaq yardımı edilmişdir.