Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü münasibətilə Kürdəmir rayonunda silsilə tədbirlər davam etdirilir

16 oktyabr 2012 | 15:00

18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü münasibəti ilə 15 oktyabr 2012-ci il tarixdə rayon Gənclər evində yıgıncaq kecirilib.
Yığıncağı giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Z.O.Həsənov gündəlikdə duran məsələninin vacib bir mövzu olduğunu yığıncaq iştirakçılarının diqqətinə catdıraraq bildirdi ki , XXI-ci yüzilliyin sonlarında Sovetlər birliyinin dağılması ilə yaranan əlverişlı tarixi şərait nəticəsində Azərbaycan xalqı XX-ci yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı və bu xalqımızın ikinci parlaq qələbəsi idi . Mövzu barəbə geniş müzakirələr aparıldı.
Sonra Rayon İcra Hakimiyyəti Başçısı Aparatınıda böyuk məsləhətçisi vəzifəsində işləyən D.R.Rüstəmov öz cıxışında məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sesiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya aktı yetkinliklə qəbul edildi. 1991-ci ilin 18 oktyabr tarixindən Azərbaycan İstiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir.
Tədbirdə çıxiş edən Kürdəmir rayon Olimpiya idman kompleksinin direktoru N.Tarverdiyev , Kürdəmir YAP-nın rayon təşkilatının aparıcı məsləhətçisi M.Heydərov və Kürdəmir şəhər 1 saylı tam orta məktəbin müəllimi R.Rahov öz çıxışlarında qazanılmış müstəqilliyimizin ilk illərindəki çətinliklərindən və Ulu Öndərin hakimiyyətə növbəti dəfə gəlişindən sonra Azərbaycanın qazandığı uğurlardan, sürətli inkişar strategiyasından və Bu gün Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha da , inamla işıqlı gələcəyə doğru addımladığından söz açdılar.
Sonda Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Ə.M.Mikayilov öz çıxışında Azərbaycanın Dövlətçilik ənənələrindən, qazanılmış Müstəqillikdən , Ölkəmizin dünya olkələri arasındakı nüfüzündan və müstəqilliyimizin əbədi və sarsılmaz olduğundan söz açdı.
 

Keçidlər