Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Gənclərinin VII Forumu çərçivəsində Kürdəmir rayon gənclərinin toplantısı təşkil olundu

24 may 2014 | 15:00

Mayın 23-də rayonun “Gənclər Evi”ndə Azərbaycan Gənclərinin VII Forumu çərçivəsində Kürdəmir rayon gənclərinin iştirakı ilə konfrans keçirilmişdir.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başcısının İçtimai-siyasi və Humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli , rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Həsənov rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan gənclər ,ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Həsənov tədbir iştirakçılarını salamlamış və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə hər üç ildən bir Azərbaycan Gənclərinin Forumunun keçirilməsinin qərara alındığını qeyd etmişdir. Konfransın gündəliyi təsdiq olunduqdan sonra Zaur Həsənov hesabat məruzəsi ilə çıxış etmiş, daha sonra söz ardıcıllıqla çıxışçılara verilmişdir. Çıxışlar bitdikdən sonra Azərbaycan Gənclərinin VII Forumunda Kürdəmir rayonunu təmsil edəcək nümayəndə heyəti seçki yolu ilə müəyyən olunmuşdur.
Kürdəmir rayon İcra Hakimiyyəti Başcısının İçtimai-siyasi və Humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli çıxış edərək konfransın işini yüksək qiymətləndirmiş, rayon gənclərinə gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulamışdır.
  Konfransın sonunda qətnamə, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına konfrans iştirakçıları adından müraciət qəbul olunmuşdur.

Keçidlər