Kürdəmir sürətlə yeniləşir və müasirləşir
Respublika Prezidenti cənab İlham Əliyevin şəxsi səy və təşəbbüsü ilə irəli sürülmüş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərcivəsində bu məsələnin uğurlu həlli ilə əlaqədar Kürdəmir rayon İcra Hakimiyyətində rayonun idarə ,müəssisə və təşkilatlarının rəhbərləri , rayon ictimaiyyətinin nümayəndələri ilə geniş operativ müşavirələr keçirilmiş,problemlər bir daha araşdırılaraq həlli yolları müəyənləşdirilmişdir.Qarşıya qoyulan vəzifələrin dəqiqliyi və aktuallığı rayonda yeni quruculuq,tikinti və abadlıq işlərinin hərtərəfli uğurla başlanmasına və sürətlənməsinə stimul vermişdir.
Beləliklə , şəhərin küçə və meydanlarının yenidən tikilib qurulması üçün yeni layihələr hazırlanmış, müasir fəvvarələrin,böyük dekorativ elementlərin yüksək dizaynla hazırlanmasına sifarişlər verilmişdir.
Şəhərin mərkəzindəki 235 yöndəmsiz tikilmiş sahibkarlıq obyektlərində sökünti işləri aparılmış,həmin binaların fasad hissələrinin aqlay materialları ilə müasir üslubda rekonstruksiyasına başlanılmışdır.
Şəhərin Heydər Əliyev və “Bakı” prospektlərində ,Vaqif küçəsində geniş miqyasda aparılan abadlıq işləri xeyli sürətlənmiş, o cümlədən bu ərazilərdə 3100 kvadratmetr aqlay, 1800 kvadratmetr keramik tavalarla üzləmə işləri aparılmışdır.Yeni layihəyə əsasən 2800 metr məsafədə dekorativ hasarların tikintisi sürətlə həyata keçirilir.Müvafiq küçələrdə 46 ədəd yeni işıqlandırma dirəyi quraşdırılmış,daha 150 ədəd işıqlandırma dirəyi üçün sifariş verilmiş,yaşıllıq zolaqlarının salınması üçün 2000 kubmetr torpaq daşınmışdır.
Şəhərə giriş ala-qapılarının,həmçinin Böyük Bayraq meydanı monomentlərinin tikilməsi ilə əlaqədar ərzaiyə torpaq daşıma işləri sürətlə davam etdirilir.
Bakı-Qazax avtomagistralının Kürdəmir rayonu ərazisindən keçən hisəsində də araşdırmalar aparılmış və nəticədə 6 ədəd yöndəmsiz obyekt sokülmüş və bu iş bu gün də davam etdirilrir.
Şəhərdə aparılan abadlıq–qurucluq və təmizlik işlərinə 400-dən çox işçi qüvvəsi ,40-a yaxın maşın-mexanizm cəlb edilmişdir.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın 2014-cü il fevral ayının 24-də məktəbəqədər tədris müəssisələrinin təqdimat mərasimində irəli sürdüyü təşəbbüslə əlaqədar olaraq Kürdəmir şəhərinin Cənub hissəsindəki yaşayış massivində rayon İcra Hakimiyyəti tərəfindən 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi sürətləndirilmiş və artıq birinci mərtəbənin hörgü işləri tamamlanmışdır.Daha 100 yerlik körpələr evi-uşaq bağçasının tikilməsi üçün şəhərin münasib ərazisində yer seçilmiş və qısa müddətdə tikintiyə başlamaq üçün müvafiq layihə sənədləri hazırlanır.
Bütün bu və digər işlərin gedişi inamla deməyə əsas verir ki,ölkə başçısının böyük diqqət və qayğıları nəticəsində Respublikamızın digər guşələrində olduğu kimi Kürdəmir şəhəri,eləcə də rayonun bütün kənd və qəsəbələri də abad və səliqə-səhmanlı bir əraziyə çevriləcəkdir.