Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Kitab bayramı keçirildi

09 may 2014 | 15:00

Mayın 7-də rayonun  Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Kitab bayramı keçirilmişdir.
Tədbirdə rayon rəhbərləri, ziyalılar, kitabsevərlər, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bayram mərasimində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri barədə geniş danışılmış, ölkəmizdə elmin, mədəniyyətin inkişafı sahəsində gördüyü işlər haqqında ətraflı məlumat verilmişdir.
Tədbir Ulu Öndərə həsr edilmiş ədəbi kompozisiya, rəngarəng musiqi nömrələri və nağıl qəhrəmanlarının paradı ilə davam etdirilmişdir.
Bayram tədbirinin iştirakçıları parkda nümayiş etdirilən kitab sərgiləri ilə tanış olublar. Ümummilli lider Heydər Əliyev ilə bağlı nəfis şəkildə çap edilmiş kitablar barədə iştirakçılara müfəssəl məlumatlar verilmişdir.
Sonda fəal oxuculara Mərkəzi kitabxananın adından fəxri fərmanlar və hədiyyələr verilmişdir.

Keçidlər