Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərə həsr olunmuş elmi-praktik konfrans

09 may 2014 | 15:00

Mayın 7-də rayonun Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Milyonların qəlbində yaşayan lider” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransda rayon İcra Hakimiyyətinin məsul işçiləri,YAP rayon təşkilatının idarə heyəti və şura üzvləri ,hüquq-mühafizə orqanlarının rəhbərləri,rayon ictimaiyyətinin nümayəndələri,idarə,müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
Konfransı giriş sözü ilə rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli açmışdır.
Kürdəmir rayon İcra Hakimiyyətinin  Başçısı Ceyhun Cəfərov Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə konfrans iştirakçılarını,onların simasında rayonun bütün sakinlərini təbrik etmiş,onlara xoşbəxtlik və yeni-yeni uğurlar arzulamışdır.
Konfransda rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov ,Millət Vəkili ,Azərbaycan MEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Azərbaycan MEA-nın müxbir üzvü Rafael Hüseynov “Milyonların qəlbində yaşayan lider” mövzusunda geniş məruzə ilə çıxış etmişlər.
Konfransda həmçinin rayon ziyalıllar cəmiyyətinin sədri Sabir Novruzov ”Heydər Əliyev Azərbaycan Dövlətçiliyinin varisi və Azərbaycan xalqının əbədi lideridir”,rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri ,YAP rayon təşkilatının şura üzvü Vaqif Alıyev “Heydər Əliyev Kürdəmirdə”,Kürdəmir şəhər 5 saylı körpələr evi-uşaq bağçasının müdiri, YAP rayon təşkilatı idarə heyətinin üzvü Elmira Şıxəliyeva “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzularında çıxış etmişlər.
Konfransda dərin minnətdarlıqla və fəxr hissi ilə qeyd olunmuşdur ki,dünya dövlətləri sırasında nüfuz sahibi olan müstəqil Azərbaycanımızın inkişafı Ulu öndər Heydər Əliyevin vaxtilə böyük hünər və cəsarətlə,əsl qəhrəmanlıqla yaratdığı möhkəm,etibarlı və möhtəşəm təməl üzərində qurulmuşdur.Qısa bir müddət ərzində Azərbaycanı kiçik xammal Respublikasından böyük sənaye mərkəzinə çevirən dahi rəhbər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində milli-mənəvi dəyərlərimiz inkişaf etmiş,Azərbaycan vətəndaşı bir şəxsiyyət kimi yetişmiş və tanınmışdır.
Dahi öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya gəlişi adi gəliş deyildi,bu bir xilaskarın gəlişi idi,o xilaskar ki,öz qətiyyəti və mərdliyi ilə Azərbaycanı faciələrə,dərin uçurumlara sürükləyən vətəndaş müharibəsinin qarşısını aldı,hakimiyyət böhranını aradan qaldırdı,Azərbaycanı parçalanmaq təhlükəsindən sovuşdurdu,müstəqil Azərbaycan dövlətinin əsasını qoydu.
Bu gün böyük fəxrlə görüb hiss etdiyimiz uğurlara Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə nail olunmuşdur.Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siayi kursunu layiqincə davam etdirən yeni dövrün liderini-cənab İlham Əliyevi yetirməsi olmuşdur.Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı quruculuq işləri həyata keçirilməkdədir.Artıq Azərbaycan beynəlxalq aləmdə sabit,demokratik ölkə imicini daha da möhkəmləndirmişdir.

Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov konfransa yekun vuraraq Kürdəmir rayon ictimaiyyətinin də Ulu öndərin ideyalarına sadiq qaldıqlarını və Respublika Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşdiklərini , Respublikamızın və rayonumuzun çiçəklənməsi naminə bundan sonra da var quvvələrini sərf edəcəklərini bildirmişdir.

Keçidlər