Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə möhtəşəm konsert keçirildi

08 may 2014 | 15:00

Mayın 6-da Kürdəmir şəhərinin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rayon İcra Hakimiyyəti və Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkəti maraqlı konsert proqramı təşkil etmişlər.
Bayram konsertində rayon  rəhbərliyi, Respublikamızın tanınmış incəsənət ustaları və rayon sakinləri iştirak etmişlər.
Rayon  sakinlərinin coşğusu ilə qarşılanan konsert proqramında xalq artistləri Bilal Əliyev, Səməd Səmədov, əməkdar artistləri Mətanət İsgəndərli, Vasif Məhərrəmli, Teymur Əmrah, müğənnilər Elşad Qarayev, Rəvan Qarayev, Günay İbrahimli  və digər mədəniyyət xadimləri çıxış edərək kürdəmirliləri  bayram münasibətilə təbrik ediblər.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.

Keçidlər