Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 21-ci ildönümü münasibətilə Kürdəmir rayonunda silsilə tədbirlər davam etdirilir.

13 oktyabr 2012 | 15:00

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 21-ci ildönümü Kürdəmir rayonunda geniş qeyd edilir. Rayonun idarə, müəssisə və təşkilatlarında Dövlət Müstəqilliyinin 21-ci ildönümünə həsr olunmuş yığıncaqlar, idman və bilik yarışları, rəsm müsabiqələri keçirilir.
Silsilə tədbirlərin davamı olaraq YAP Kürdəmir rayon təşkilatının akt zalında Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 oktyabr 2012-ci il tarixdə qadınların rayon toplantısı keçirilmişdir.
Toplantını giriş sözü ilə açan YAP rayon Qadınlar Şurasının sədri Elmira Şıxəliyeva qeyd etmişdir ki, Azərbayacan xalqı ilk dəfə Dövlət Müstəqilliyini ötən əsrin əvvəllərində əldə etmişdir.Lakin o zamanlar mövcud olan xarici müdaxilə və daxili çəkişmələr bu dövlətin qısa müddət fəaliyyət göstərməsinə səbəb olmuşdur. XX əsrin 90-cı illəri ölkəmizdə dövlətçiliyin bərpası uğrunda mübarizə ilə əlamətdar oldu. Müstəqillik əldə etdiyimiz 1991-ci ildən sonrakı ilk illərdə ağır sınaqlara çəkildik.O ağır günlərdə xalqımız mətinlik, mübarizlik, dözümlülük nümayiş etdirərək nələrə qadir olduğumuzu sübuta yetirdi.Belə ağır məqamlarda xalq öz xilaskarını tapdı, ona doğru addımladı.Bu böyük insan xalqımızın fədakar oğlu , Ümummilli Liderimiz Heydər Əliyev idi.Məhz xalqın inandığı bu böyük insanın qətiyyəti və prinsipial fəaliyyəti müstəqilliyimizin duruş gətirib yaşmasında həlledici rol oynadı.
Tədbirdə “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda Uşaq Yaradıcılıq Mərkəzinin müdiri Nəsibə Hidayətova, “Azad, müstəqil Azərbaycanın müstəqilliyinin qorunmasında Heydər Əliyevin rolu” mövzusunda Uşaq İncəsənət məktəbinin direktoru Qəndaf Zülfüqarova, “Müstəqilliyimizin inkişaf yolları ” mövzusunda Heydər Əliyev Mərkəzinini direktoru Dürriyə Seyidova, “ Müstəqilliyimiz əbədidir ” mövzusunda Şəhər Kitabxanasının işçisi Məhinə Şirəliyeva çıxış etmişlər.
Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək bildirmişdir ki, azadlıq, müstəqillik hər bir millətin ən müqəddəs nemətidir.Bu neməti əldə etmək nə qədər çətindirsə, onu əldə saxlamaq, qorumaq ikiqat ağır məsuliyyətdir.Bir əsrdə iki dəfə öz azadlığına qovuşan Azərbaycan 1918-ci ildə əldə etdiyi istiqlalı cəmisi 23 ay əlində saxlaya bildi.Dünya Azərbaycanın müstəqillik arzusuna, istiqlal mübarizəsinə yalnız 70 ildən sonra, əsrin sonlarında şahid oldu. Azərbaycan müstəqillik əldə etdi və istiqlalını dünyaya bəyan etdi .Dünya bizi tanıdı.Lakin səriştəsiz, heç bir siyasi biliyə, təcrübəyə malik olmayan siyasətçilər dövlət postlarını tutdular.Bu dəfə yaranan təhlükə daha qorxulu idi: Azərbaycanın yenidən bölünməsinə bir addım qalmışdı. Bu təhlükənin qarşısını almaq üçün xalqın liderə ehtiyacı vardı. Xalq bu zaman böyük şəxsiyyət Heydər Əliyevdən imdad diləyirdi. Azərbaycanı bürüyən bu odun yalnız Ümummilli Lider tərəfindən söndürülə biləcəyini başa düşürdülər. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin azadlıq qarantı oldu.Azərbaycan dövlətçiliyi Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində bütün imtahanlardan üzüağ çıxdı.
Ağali Kərimli vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu qətiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici və daxili siyasətdə əldə etdiyi uğurlar Azərbaycanı regionun ən aparıcı dövlətinə çevirməklə, onun beynəlxalq mövqeyini möhkəmləndirdi. Dövlət Başçısı İlham Əliyevin yeritdiyi müstəqil siyasət nəticəsində Azərbaycan indi dünyada söz sahibidir. Bu il Azərbaycan xalqı möhtəşəm bir tarixi, yəni müstəqilliyimizin 21ci ildönümünü qeyd edir. Xoşbəxtik ki, bu qürur və fəxarət hissini keçirmək, azad, müstəqil və sivil dövlətin vətəndaşı olmaq gerçəkliyi bizə nəsib olub.
Bununla da toplantı öz işini başa vurmuşdur.
 

Keçidlər