Kürdəmirdə yunan-roma güləşi üzrə uşaq və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirildi
04 may 2014 | 15:00
Mayın 3-də Kürdəmir Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə yunan-roma güləşi üzrə uşaq və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir.
Yarışda 16 çəki dərəcəsində 118 güləşçi iştirak etmişdir.Birinciliyin keçirilməsinin məqsədi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün qeyd edilməsi, rayonda bədən tərbiyəsi və idmanın rolunun artması, uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, həmçinin yunan-roma güləş növünün inkişaf etdirilməsindən ibarətdir.
Yekunda qaliblərə mükafatlar və fəxri fərmanlar təqdim olunmuşdur.