Kürdəmir rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Kitab bayramı keçirildi
Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rayonun Köhünlü və Şıxımlı kəndlərində Kitab bayramı keçirilmişdir.
Mayın 1-də Köhünlü kəndində keçirilən tədbiri giriş sözü ilə Kürdəmir MKS – in direktoru Şahalı Şixəliyev açaraq kitabsevərləri bayram münasibəti ilə təbrik etdi.
Rayon İcra Hakimiyyəti Başçısının Köhünlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Mübariz Zeynalov, fəalların, Köhünlü kəndinin yetirməsi şair Çingiz Cəfərovun çıxışları, viktorinalar, Ulu Öndər Heydər Əliyevə və kitaba həsr edilmiş şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbirdə kitabxananın ən fəal oxucularına Kürdəmir MKS – in rəhbərliyi tərəfindən Fəxri - fərmanlar təqdim edilmişdir.
Sonda aparıcı tədbir iştirakçılarını Ulu Öndər Heydər Əliyevin 91-ci ildönümü münasibətilə təşkil edilmiş kitab sərgisinə baxmağa dəvət etdi.
May 2 – də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rayonun Şıxımlı kəndində Kitab bayramı keçirildi. Kənd ziyalılarının, müəllimlərin, şagirdlərin, və mədəniyyət işçilərinin iştirak etdiyi Kitab bayramı Azərbaycanın Dövlət himni ilə başladı.
Bayram tədbirində Rayon İcra Hakimiyyəti Başçısının Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əbülfət Mikayılov, YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev, Köhnəbazar kənd orta məktəbinin direktoru Zülfü Zahidov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsində misilsiz xidmətlərindən,kitabın insan həyatındakı rolundan söhbət açdılar və tədbir iştirakçılarına kitabla dost olmağı tövsiyyə etdilər.
Tədbir rəngarəng musiqi nömrələri ilə, ədəbi kompozisiya və viktorinalarla davam etdi.
Sonda tədbir iştirakçıları müxtəlif başlıqlar altında kitab sərgilərinə tamaşa etdilər.