Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "İdman-sağlamlıq-gözəllik" mövzusunda bayram şənliyi keçirildi

03 may 2014 | 15:00

Mayın 2-də Kürdəmir şəhər 5 saylı körpələr evi - uşaq bağçasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "İdman-sağlamlıq-gözəllik" mövzusunda bayram şənliyi keçirilmişdir.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının İctimai siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli,valideynlər və qonaqlar iştirak edirdilər.
İdman bayramı müxtəlif oyun-yarışmalar,şeir ,musiqi ilə keçirildi.
Qaliblərə və fəal uşaqlara mükafatlar verildi.

Keçidlər