Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması” mövzusunda konfransı keçirildi

02 may 2014 | 15:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Kürdəmir rayon İcra Hakimiyyətinin dəstəyi ilə mayın 1-də rayon İcra Hakimiyyətinin akt zalında rayonun dini icmalarının sədrləri, din xadimləri, eləcə də fəal ictimaiyyət nümayəndələri üçün "Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması" mövzusunda konfrans keçirildi.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısının birinci muavini Vasif Məmmədov konfransın keçirilməsi məqsədini açıqlayıb: "Konfransın əsas məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərinin həlli prosesinə cəlb olunmasıdır".Natiq qeyd etdi ki,bu gün Kürdəmir rayonunda dini durum sabitdir.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışıb, dövlətin din siyasətinin pozitiv dünyəviçilik əsasında qurulduğunu vurğulayıb. Onun sözlərinə görə, bunun nümunəsi olaraq dövlət başçısının qayğısı nəticisində son 10 il ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub.
Daha sonra DQİDK tərəfindən son vaxtlarda radikal dini cərəyanlar və hərəkətlərin qarşısının alınması istiqamətində həyata keçirilmiş işlər haqqında məlumat verilib. Bildirildi ki, bu istiqamətdə son üç ayda 10-dan çox qısamüddətli təlim kursları keçirilib, 10-a yaxın ədəbiyyat nəşr edilib, bir sıra dini icmaların yenidən dövlət qeydiyyatına dəstək verilib, icmaların nizamnamələrinin qanunvericiliyə uyğunluğunun yoxlanması işlərinin mexanizmi hazırlanıb və tətbiq edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdri Nizami Məmmədov öz çıxışında ölkəmizdə bütün dinlərə yaradılan şəraitdən danışıb. O, qeyd etdi ki, bu gün dindarların üzərində olan əsas məsuliyyətlərdən biri də inkişaf edən Azərbaycanın çiçəklənməsinə öz töfhələrini verməkdir.
Yekunda dindarları və dini icma sədrlərini maraqlandıran suallara cavab verilmişdir.

Keçidlər