Şriftin ölçüsü :

Saytın rəngi :

Müasirlik başlıca şərtdir. Kürdəmirdə tikinti - abadlıq işləri aparılarkən bu prinsip əsas götürülür

01 may 2014 | 15:00

Kürdəmir rayon İcra Hakimiyyətinə yeni başçı təyinatından az sonra rayonda böyük canlanma hiss olundu.Rayon mərkəzinin demək olar ki, bütün guşələrində tikinti-abadlıq işlərinə başlanıldı.İndi şəhərin elə bir ərazisi yoxdur ki, orada tikinti-abadlıq işləri aparılmasın.Xüsusilə də rayon mərkəzinin memarlıq baxımından müasir görkəmdə qurulması ilk gündən başlıca məqsədə çevrilib.
Regionların sosial-iqtisadi inkişafının təmin edilməsinə dair Dövlət Proqramının Kürdəmirin timsalında da təcəssüm olunması üçün işlər geniş vüsət almışdır.Sürətlə yanaşı görülən işlərin estetikasına xüsusi diqqət yetirilir.
Hazırda Kürdəmir şəhərində yerləşən 200-dən artıq sahibkarlıq obyektinin müasir memarlıq tələblərinə uyğun olaraq yenidən qurulması sürətlə davam etdirilir.Binaların fasad hissəsi aqlay materiallarla üzlənilir.Səkilərə mozaik plitələr döşənir.Küçələrə müasir tipli elektirk dirəkləri qoyulur.Küçələr boyu əkilmiş yaşlı ağaclar budanaraq səliqəli hala salınır.Şəhərin istinad divarları müasir bəzəklərlə üzlənilir. Heydər Əliyev prospektinə və Gülbuta Orucova ,Aşıq Əhməd küçələrinə asfalt çəkilir.Digər bir çox küçələrdə asfalt çəkilişinə hazırlıq işləri aparılır.
Görülən kompleks işlər nəticəsində Kürdəmir şəhərinin “Bakı” prospekti və Heydər Əliyev prospekti öz simalarını tamamilə dəyişməkdədir.Bunlarla yanaşı şəhərin Babək küçəsində 100 yerlik uşaq baxçasının tikintisinə başlanmışdır.
Bütün bunlar inamla deməyə əsas verir ki, Respublikamızın digər şəhər və rayonları kimi Kürdəmir şəhəri də az bir müddətdən sonra öz gözəlliyi  ilə diqqəti cəlb edəcək,özünün müasir şəhər görkəmi ilə rayonumuzun sakinlərini və gələn qonaqları sevindirəcəkdir.

Keçidlər