Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi
Aprelin 30-da Heydər Əliyev Mərkəzində Kürdəmir rayon İcra Hakimiyyətinin və YAP Kürdəmir rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon qadınlarının “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yeganə xilaskarıdır” mövzusunda dəyirmi masası keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin adını daşıyan parka gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
Daha sonra dəyirmi masa iştirakçıları Mərkəzin foyesində Ulu Öndərin həyat və fəaliyyətindən, tarixi görüşlərindən, dövlətçilik quruculuğundakı xidmətlərindən bəhs edən foto-stendlərlə tanış olmuşlar.
Tədbir Heydər Əliyev Mərkəzinin dəyirmi masasında öz işinə başlamışdır.
Tədbiri giriş sözü ilə Kürdəmir Rayon İcra Hakmiyyətinin Başçısının müavini Vəsilə Əsgərli açaraq qeyd etmişdir ki, Azərbaycan dövləti qədim olmaqla çox keşməkeşli və mübarizələrlə dolu tarixi yol keçərək bu günümüzə gəlib çıxmışdır. Tarixin hansı dönəmi olursa - olsun həmişə bu sınaqlardan xalqımız şərəf və ləyaqətlə çıxmışdır.Azərbaycan xalqının böyük dövlətçilik ənənəsi, zəngin mədəniyyəti, milli-mənəvi, əxlaqi dəyərləri var.Azərbaycan xalqı soykökünə söykənə bilən xalq olmaqla onun tarixi mədəniyyəti, dastanları, nağılları, laylaları, dillərdə dolaşan mahnıları olan bir xalqdır.Bunları nəsildən –nəsilə, əsrdən-əsrə keçirən ləyaqətli,ismətli analarımız və mərd ərənlərimiz olmuşlar. Heydər Əliyev Tanrının Azərbaycana böyük töhfəsi və xalqının xilaskarıdır. Ulu Öndərin Azərbaycan qadınlarına qayğısından danışdı və “Ailə, Qadın və Uşaq problemləri üzrə” Dövlət Komitəsinin yaradılması qadınların ictimai həyatda rolunu daha da artırdı və Azərbaycan ailəsinin hüquqlarıınn cəmiyyət tərəfindən qorunmasında mühüm rol oynadı. O bildirmişdir ki, hal-hazırda Azərbaycan qadını ölkəmizin ictimai həyatında fəal iştirak etməklə hətta onu müxtəlif xarici qurumlarda belə təmsil edir.Bu şəraitə, bu inkişafa, Azərbaycan qadınının xəyal olan bu firavan həyatına görə Ulu Öndər siyasətinə və ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarıq.
Çıxışçılardan YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Hacıyeva, 5 saylı şəhər körpələr evi-uşaq bağçasının müdiri Elmira Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Mərkəzi Kitabxanalar Sisteminin direktor müavini İradə Mahmudova və Uşaq –İncəsənət Məktəbinin direktoru Qəndaf Zülfüqarova Ulu Öndər Heydər Əliyev həyatı və siyasi fəaliyyəti haqqında danışmış, Azərbaycan qadınlarının qəlbində öz əbədi heykəlini qurmuş bu nəcib və alicənab insanın danılmaz xidmətlərindən söhbət açmışlar.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli tədbir iştirakçılarını və onların simasında bütun rayon sakinlərini əlamətdar gün – dahi şəxsiyyət Azərbaycan xalqının Umummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə bir daha təbrik etmiş və tədbirə yekun vurmuşdur.
Yekunda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə tamaşa etmişlər.