Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, görkəmli alim – oftolmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyinə həsr olunmuş tədbir keçirildi

29 aprel 2014 | 15:00

Aprelin 28-də  rayonun Heydər Əliyev Mərkəzində əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, görkəmli alim – oftolmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Kürdəmir rayon İcra Hakimiyyətinin  və rayonun mədəniyyət işçilərinin iştirak etdiyi tədbiri rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev giriş sözü ilə açaraq Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında ətraflı söhbət açmışdır.
Tədbir iştirakçıları “Elegiya” adlı sənədli filmə tamaşa etmişlər. Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siaysi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Daşqın Rüstəmov, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, kitabxana işçisi İradə Mahmudova mədəniyyət şöbəsinin əməkdaşı Şəhriyar Lətifov və başqaları çıxış edərək Azərbaycan elminin və səhiyyəsinin inkişafında Zərifə xanım Əliyevanın böyük rolundan söhbət açmışlar. Tədbir iştirakçıları gözəl insan, əsl azərbaycanlı ana olan Zərifə Əliyeva haqqında məhəbbətlə danışmışlar.

Keçidlər