Sosial-iqtisadi inkişafı proqramında nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2009-cu il 14 aprel tarixli Fərmanına əsasən Kürdəmir rayonunun sosial-iqtisadi inkişafı proqramında nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Kürdəmir şəhərin A.Əhməd, Nizami, Ü.Hacıbəyov küçələrində 650 metr bardür düzülmüş, 1050 m2 mozaik tava döşənmiş, 832 m2 ağlay döşənmiş, “Gənc Heydərçilər” parkı rekonstruksiya olunaraq əsaslı təmir edilmiş, parkın görkəmi tamamilə dəyişmişdir.Uzunluğu 1700 metr olan Vaqif küçəsinin dördzolağlı yola rekonstruksiyası ilə əlaqədar 2645 p/m bardür düzülmüş, 1500 p/m hasar hörülmüş, 1441 m2 ağlay vurulmuş, X.İslamzadə küçəsinin genişləndirilməsi məqsədi ilə 260 metr kanalizasiya xətti çəkilmiş, 340 m3 çınqıl daşınmış, 240 metr uzunluqda dekorativ hasar tikilmiş, Dəmir Yolu Vağzalı – Bakı prospektini birləşdirən 2300 metr uzunluqda olan M.Ə.Sabir küçəsi 7800 m2 asfalt örtüyü vurulmaqla yenidən tikilmiş, uzunluğu 5 km-dən artıq olan şəhərətrafı 2 dolama yolun yenidən tikilməsi üçün hazırlıq işləri aparılmışdır.