Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirildi

28 aprel 2014 | 15:00

Aprelin 26-da Kürdəmir rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə Çernobıl qəzasının aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin ənənəvi görüş keçirilmişdir.
Mərasimdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Vasif Məmmədov  bildirdi ki,  hadisə nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olmuşdur. Ukrayna və Belorusiyada 300 min nəfər öz yaşayış yerlərini tərk etmişlər. Hadisədən artıq 28 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər.
Sonda rayonda yaşayan 15 nəfər Çernobıl əlilinə rayon İcra Hakimiyyətinin Başçısı adından maddi yardım verilmişdir.

Keçidlər