Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərə nikah şəhadətnaməsi verildi
Aprelin 25-də Kürdəmirdə yeni evlənən gənclərin təşəbbüsü ilə onların nigah mərasimi rayonun Heydər Əliyev Mərkəzində qeydiyyata alındı.
Yeni ailə quran gənclər-Atilla Quliyev və Müjgan Əsgərova,eləcə də Səxavət Rəsulov və Arifə Paşayeva çütlükləri toy mərasimini başlamazdan əvvəl Heydər Əliyev Parkına gələrək Ulu Öndərin burada ucalan abidəsini böyük sevinc və həyacan hissi ilə ziyarət edərək abidə önünə təzə-tər gül-çiçək dəstələri düzərək bir növ bu xeyirxah ənənənin başlanğıcını qoymuşlar.Abidəni ziyarətetmə mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmiş və yeni ailə quran gənclərə nikah şəhadətnaməsi təqdim olunmuşdur.
Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısının müavini Vəsilə Əsgərli yeni ailə quran gəncləri əlamətdar hadisə müansibətilə rayon İcra Hakimiyyətinin Başçısı adından təbrik etmiş,onlar xoşbəxtlik və səadət arzulamışdır.
Gənclər rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərova və onların bu təşəbbüsünün reallaşmasında əməyi olan hər bir kəsə minnətdarlıqlarını bildirərək ,ailə qurmağa hazırlaşan gəncləri bu ənənəni davam etdirməyə çağırdılar.
Yeni ailə quran gənclərə rayon İcra Hakimiyyətinin Başçısı adından qiymətli hədiyyələr təqdim olunmuşdur