Şriftin ölçüsü :

Saytın rəngi :

Sözünün qüdrətilə yaşayan sənətkar

22 aprel 2014 | 15:00

Ustad sənətkar Əliağa Vahidin üstünlüyü ondadır ki, o öz yaradıcılığı ilə qədim mənəvi dəyərlərimizdən olan qəzəl janrına sadəlik gətirdi,yeni təfəkkür tərzi,söz və dil aydınlığı gətirdi,onu qəlizlikdən xilas edib müasirləşdirdi,sevdirdi və nəhayətdə özü qəzəlin xanı mərtəbəsinə yüksəldi,ədəbiyyat tariximizə "Qəzəlxan Vahid"adı ilə düşdü...
Bütün bunlar barədə Kürdəmirdə-Heydər Əliyev Mərkəzində ustad şair-qəzəlxan Vahidin anadan olmasının 120-ci ildönünmünə həsr olunmuş ədəbi-bədii məclisdə ətraflı danışılmışdır.
Kürdəmir rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan MEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi "Aran" regional şöbəsinin keçirdiyi yubiley məclisini "Aran" regional şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Əşrəfova açmışdır.
Ədəbi-bədii məclisdə iştirak edən və Azərbaycan Televiziyasının "Məclisi-üns" verlişinin aparıcıları kimi tanıdığımız ədəbiyyatşünaslar - filologiya elmləri doktoru professor Tərlan Quliyev,filoloq ,Əməkdar müəllim İmran Sabirov,yazıçı-publisist ,Azərbaycan Yazıçılar Birliyi tərcümə bölməsinin rəhbəri İlqar Fəhmi Əliağa Vahid yaradıcılığının əsas məziyyətlərindən,qəzəl janrının müasirləşdirilməsinə mühüm töhfələr verməsindən,eləcə də Əliağa Vahidin tərcüməcilik istedadından ,öz qəzəllərilə Azərbaycan muğam sənətinin inkişafına göstərdiyi xidmətlərdən ətraflı söhbət açmışlar.
Məclis iştirakçıları salonda nümayiş etdirilən videoçarx vasitəsilə şairin qəzəllərindən nümüunələri onun öz səsində dinləmiş,Əliağa Vahidə həsr olunmuş "Qəzəlxan" bədii filminin ayrı-ayrı epizodlarına tamaşa etmişlər.
Respublıika muğam müsabiqəsinin qalibləri  gənc xanəndələr Məmməd Nəcəfov və Nərgiz Şabanova Əliağa Vahidin qəzəllərindən ibarət muğam və təsnifləri ifa etmişlər.
Vahidsevərlər ustad şairin əsərlərindən nümüunələr söyləməklə Vahid yaradıcılığına olan dərin maraq və ehtiramlarını bir daha nümayiş etdirmişlər.
Ədəbi-bədii məclisin iştirakçıları ədəbiyyatımızın,mədəniyyətimizin və incəsənətimizin inkişafına ,o cümlədən Əliağa Vahid irsinin təbliginə göstərdikləri diqqət və qayğılara görə ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya dərin minətdarlıqlarını bildirmişlər.

Keçidlər