Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində Kürdəmirdə quruculuq - abadlıq işləri geniş vüsət almışdır
Son vaxtlar Kürdəmirdə tikinti-abadlıq işləri ilə əlaqədar xeyli canlanma hiss olunur.Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə rayonda abadlıq aylığının keçirilməsi barədə rayon İcra Hakimiyyəti Başçısnın müvafiq sərəncamı bu istiqamətdə görüləcək işlərə aydınlıq gətirmiş,konkret vəzifələr müəyyən etmişdir.
Müəyyən edilmiş abadlıq ayı çərçivəsində hazırda küçə və meydançalar təmizlənir,səkilər qaydaya salınır,hasarlar rənglənir,digər bərpa işləri həyata keçirilir.Keçirilən iməciliklər işlərin görülməsinə xüsusi təkan verir.Bu yolla rayon mərkəzində və rayonun boş ərazilərində ağaclar əkilir,yeni yaşıllıqlar salınır.
Rayonda görülmüş və görülməkdə olan işlərə nəzər salsaq deyə bilərik ki, Kürdəmir şəhərinin küçə və prospektləri tikinti meydanını xatırladır.Çəkilməkdə olan istinad divarları milli memarlıq üslubunda tikilir,küçələr boyunca müasir işıq dirəkləri qoyulur,divarlar aqlay matreialı və keramik tavalarla üzlənir,piyada yolları və səkilər mozaik örtüklərlə düzəldilir.
Şəhərin mərkəzində nəqliyyat sıxlığını azaltmaq və avtomobillərin maneəsiz hərəkətini təmin etmək məqsədilə şəhər ətrafında dolama yollar çəkilmişdir.Bundan əlavə Kürdəmir şəhərində uzunluğu 1700 metr olan Vaqif küçəsinin dörd zolaqlı yola rekonstruksiya edilməsi başa çatdırılmış,yol boyunca dekorativ hasarlar çəkilmiş ,əsası yenidən üzlənməklə təzə asfalt örtüyü vurulmuş,yeni ikitərəfli piyada yolları çəkilmiş,müasir tipli işıqlandırma dirəkləri quraşdırlmışdır.
Uzunluğu 20 metr, hündürlüyü 8 metr olan rayona giriş monimentinin quraşdırılmasına hazırlıq işləri aparılır.
Hazırda şəhərin M.F.Axundov ,Şəhriyar,Babək və s. küçələrində ,Heydər Əliyev prospektində yenidənqurma və abadlıq işləri davam etdirilir.Vağzalyani ərazidə hər biri üç fəvvarədən ibarət olan kompleks inşa edilir.Heydər Əliyev parkında drenaj şəbəkəsi işlənilir və asfalt örtüyü çəkilir.
Rayonun Mürtülü və Xınıslı kəndlərində hər biri 180 şagird yerlik tam orta məktəbklərinin tikintisi davam etdirilir.Rayon mərkəzində tikiləcək hər biri 100 uşaq yerlik iki uşaq bağçasından birinin beton özülü qoyulmuş,digərində isə bu iş yaxın günlərdə başlanacaqdır.Su və Kanalzasiya xətlərinin çəkilişi də davam etdirilir.
Rayonda diqqəti cəlb edən və xüsusi razılıq doğuran işlərdən biridə Şəhidlər Xiyabanın yenidən tamamilə qurulmasıdır.Burda Qəhrəmanlıq abidəsi ucaldılır.
Rayonda tikinti-abadlıq işləri ,əldə ediləcək mühüm nəticələr eyni zamanda Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə laiqli töhvə olacaqdır.
Bütün bu işlərin görülməsində Ulu Öndərin anadan olmasının 91-ci ildönümünü qürurla və ehtram hissi ilə qarşılayan rayon sakinlərinin də böyük zəhməti vardır.