Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 - ci ildönümünə həsr edilmiş tədbirlərə start verildi

15 aprel 2014 | 15:00

Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının sərəncamına və təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayonda Ulu Öndər Heydər Əliyevin anadan olnmasının 91-ci ildönümünə həsr edilmiş tədbirlərin keçirilməsinə start verilmişdlr.
Tədbirlər planına uyğun olaraq aprel ayının 10-dan may ayının 10 –dək silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuş, Ulu Öndərimizin ad günü münasibəti ilə abadlıq ayı elan edilmişdir.Abadlıq ayı müddətində rayonun mərkəz və ətraflarında yaşılıq sahələrinin salınması, minlərlə ağacın əkilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə rayonun Mərkəzi Stadionunda ümumtəhsil məktəbləri arasında idmanın futbol növü üzrə rayon birinciliyinə start verilmişdir.Birincilikdə ümumtəhsil məktəblərinin 40 komandası iştirak edir.
Yarış may ayının 7-də keçiriləcək final oyunu ilə başa çatacaq və  qaliblər rayon İcra Hakimiyyəti Başçısı tərəfindən diplom ,  pul və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Keçidlər