Kürdəmirin Şəhidlər Xiyabanı yenidən qurulur
Son illər Kürdəmirdə tikinti-abadlıq işlərinə başlanıldığı özünü göstərməkdədir.Diqqəti cəlb edən işlərdən biridə Şəhidlər Xiyabanın yenidən qurulmasıdır. Şəhidlər Xiyabanında aparılan kompleks rekonstruksiya işləri rayon İcra Hakimiyyəti Başçısının şəxsi təşəbbüsü ilə həyata keçirilir.
Şəhid adlarının əbədiləşdirilməsi məqsədi ilə layihəsi işlənilmiş ərazinin yeni baş planı və burada ucaldılacaq “Qəhrəmanlıq abidəsi”nin tikinti işlərinə başlanılmışdır.Hazırda 38 şəhid məzarı ən müasir inşaat materiallarından biri sayılan qranitlə üzlənir.Ərazinin 1300 kvadratmetrlik piyadalar yoluna mozaik beton tavalarla üzlüklər çəkilir,eyni zamanda 800 metr uzunluqda bardürlər düzülməsi işi aparılır.Xiyabanın qarşı hissəsində 80 metr uzunluqda istinad divarı hörülmüşdür.Hazırda xiyabana giriş pillələrinin düzəldilməsi işi davam etdirilir.
Kürdəmirin Şəhidlər Xiyabanının yenidən qurulması işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulmuşdur.