Xalq yazıçısı Cingiz Abdullayev ilə görüş
Millətin,xalqın,dövlətin inkişafı onun vətəndaşlarının intellektual səviyyəsindən,insan kapitalına verilən dəyərlərdən aslıdır.İnsanın dünya görüşü yüksək olduqça onun cəmiyyətdəki rolu,fəaliyyətidə artır,mənsub olduğu cəmiyyətə,xalqa daha çox fayda verə bilir.Bunları şərtləndirən səbəblərdən biri də kitab mütaliədir,kitabla ünsiyyətdir.İnsan nə qədər çox mütaliə edərsə ,kitab oxuyarsa onun mənəviyyatı,dünya görüşü bir o qədər çox zənginləşər,nitqi ,təfəkkürü ,fikr və düşüncələri inkişaf edər.Bütün bunlar barədə aprelin 3-də Kürdəmirdə-Heydər Əliyev Mərkəzində dünya şöhrətli ədib,Azərbaycan Yazıçılar Birliyinin katibi ,Şöhrət ordenli ,xalq yazıçısı Cingiz Abdullayevin oxucularla keçirilən görüşündə ətraflı danışılmışdır.
Mərkəzin foyesində görkəmli yazıçının bir çox kitablarından ibarət sərgi təşkil olunmuşdu.
Azərbaycan MEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi “Aran” regional şöbəsinin keçirdiyi bu görüşdə rayon ictimaiyyətinin nümayəndələri,ziyalılar,müəllimlər,orta məktəb şagirdləri,rayonun çoxsaylı oxucuları iştirak etmişlər.
Azərbaycan MEA “Aran” regional şöbəsinin müdiri filologoya üzrə fəlsəfə doktoru Yaqut Əşrəfova görüşü giriş sözü ilə açaraq xalq yazıçısı Cingiz Abdullayevin həyat və yaradıcılıq yollarından,çoxsaylı əsərlərinin bədii xüsusiyyətlərindən , yazıçının əldə etdiyi uğurlardan danışmışdır.
Tədbir zamanı yazıçının həyat və yaradıcılıq fəaliyyətindən nümunələri ,eləcədə onun əsərlərinə çəkilmiş kinofilimlərdən parçaları əks etdirən videoçarxlar görüş iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Canlı ünsiyyət şəraitində keçən görüşdə yazıçı Cingiz Abdullayev tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmış,oxuculara avtoqraflar vermişdir.