Şriftin ölçüsü :

Saytın rəngi :

Şahin Hərbi-idman oyunu keçirildi

03 aprel 2014 | 15:00

Aprelin 2-də Kürdəmir rayon Mərkəzi stadionunda rayonun ümumtəhsil məktəblərinin iştirakı ilə “Şahin” Hərbi-İdman  oyunu keçirildi. Yarışda 45 ümumtəhsil məktəblərinin komandaları iştirak etmişdir.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və dövlət bayrağı qaldirildi.  Sonar yarış açıq elan olunaraq mərhələlərə start veildi. Sıra hazırlığını Kürdənir rayonunda yerləşən “N” saylı hərbi hissənin zabitləri qəbul etdi. Sonra komandalar növbəti mərhələlərə buraxıldı. 8 mərhələdə keçirilən  yarışın yekun nəticələri aşağıdaki kimi müəyyən olundu.Şəhər 2 saylı tam orta məktəbin şahinləri I yeri, Cöhranlı kənd tam orta məktəbin şahinləri II yeri, şəhər 6 saylı tam orta məktəbin şahinləri III yeri tutmuşlar.
Qalib komandalara mükafatlar və fəxri fərmanlar təqdim olunmuşdur.

Keçidlər